Təyyarə qəzası

Rusiyadakı təyyarə qəzası ilə bağlı vacib açıqlama

124
(Yenilənib 10:20 14.02.2018)
Sərnişinlər arasında Namiq Qəhrəmanov adlı Azərbaycan vətəndaşı da olub

BAKI, 13 fevral — Sputnik. Rusiyada 71 nəfərin həlak olduğu sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi rəsmi şəkildə açıqlanıb.

Sputnik xəbər verir ki, məlumatı qəzanın səbəblərini araşdıran komissiya yayıb. Açıqlama tapılan "qara qutu" yoxlanılandan sonra verilib.

Komissiyanın iddiasına görə, pilotlar uçuşun sürətini düzgün tənzimləyə bilməyiblər. Güman edilir ki, təyyarənin təzyiq göstəriciləri donduğundan, pilotlar uçuş sürəti barədə düzgün informasiya ala bilməyiblər.

Bununla belə, qeyd olunub ki, bu ilkin qənaətdir və həqiqəti tam olaraq əks etdirmir.

Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus An-148 təyyarəsi fevralın 11-də "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Sərnişinlər arasında Namiq Qəhrəmanov adlı Azərbaycan vətəndaşı da olub.

124
Teqlər:
qəza, qara qutu, An-148 təyyarəsi, "Domodedovo" hava limanı, Saratov airlines, Namiq Qəhrəmanov, Saratov, Moskva, Rusiya
Əlaqədar
An-148 təyyarəsinin qəzaya uğrama səbəbi məlum olub
Şəhərin dörd tərəfində matəmdir, hər kəs "ölüm siyahısı"nda öz əzizinin adını axtarır
Versiyalar: An-148 niyə qəzaya uğrayıb?
Moskvada içində 71 nəfər olan təyyarə qəzaya uğrayıb - VİDEO