Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Lavrov planı açdı: “Amerika Suriyada yeni dövlət qurmağa çalışır”

91
(Yenilənib 10:15 14.02.2018)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vacib açıqlama verib

BAKI, 13 fevral — Sputnik. “Amerikanın Suriyadakı davranışları bizdə ciddi şübhələr yaradır. Belə görünür ki, onlar Suriyada daimi qalmaq niyyətindədir”. Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov belçikalı həmkarı Didiye Reynders (Didier Reynders) ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

Lavrov qeyd edib ki, bu hal beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.

"Biz görürük ki, amerikalı partnyorlarımız Suriyada Fərat çayının şərqində İraqla sərhədə qədər olan ərazidə özlərinə dost olan yeni dövlət qurmaq istəyir. Bu, çox təhlükəli həmlədir. Bu, regionu tanımamaq deməkdir. Ümid edirəm ki, ABŞ bu yanlışdan dönər və BMT TŞ-nin qətnamələrinə tərs davranmaz", — nazir bildirib.

91
Teqlər:
beynəlxalq hüquq, Didiye Reynders, Sergey Lavrov, Rusiya, Suriya, ABŞ
Əlaqədar
Lavrov Bakının alqışına səbəb olan nə deyib?
Sergey Lavrov: "Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur"