Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin zorlama barədə lətifəyə belə reaksiya verdi

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Lısinin danışdığı lətifə zalda gülüşə səbəb olub

BAKI, 9 fevral — Sputnik. İş adamı Rusiya prezidenti Vladimir Putinə lətifə danışıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı (RSPP) konqresində Novolipetsk Metallurgiya Kombinatının əsas benefisiar sahibkarı Vladimir Lisinin sərxoş dəmirçi haqqında danışdığı lətifəni dinləyib. Konqresdən görüntülər "Rossiya 24" telekanalı tərəfindən canlı yayımlanıb.

Lısin çıxışı zamanı hamının bildiyi qədim sovet lətifəsini danışıb:

"Kolxozda iclac keçirilir. Sədr ayağa qalxır və deyir "bizim problemimiz var, qarşıdan əkin mövsümü gəlir, dəmirçi isə sərxoşdur. Nəsə etmək lazımdır. İclas iştirakçıları təklif edirlər ki, dəmirçini müalicəyə göndərsinlər. "Nə müalicə? Bizim bir dəmirçimiz var. Başqa nə təklifiniz var?" — sədr cavab verir. "Gəlin onun mükafatını kəsək" — deyirlər. "Olmaz, onun üç uşağı var. Qonşu kolxoza keçsə, yenə biz itirəcəyik" — sədr yenə cavab verir. Başqa bir iştirakçı dəmirçini döyməyi təklif edir. "Adamın 40 yaşı var. Döysək işi buraxacaq. Yenə itirən biz olacağıq" — sədr yenə təklifin əleyhinə çıxır. Digər iştirakçı əlini qaldırıb deyir: "Gəlin onu zorlayaq"… Sədr deyir: "Bu nə təklifdir, sizin başınız xarab olub? Bizim bir dəmirçimiz var". İkinci bir əl qalxır və təklif gəlir: "Gəlin traktorçunu zorlayaq"… Sədr maraqla soruşur: "Traktorçunu niyə?" Cavab: "Çünki bizim iki traktorçumuz var".

Lısinin danışdığı lətifə zalda gülüşə səbəb olub. Daha sonra o qeyd edib ki, Rusiyada bəzi məsələlər belə həll edilir.

Vladimir Putin lətifəni maraqla dinlədikdən sonra zarafatla deyib: "Volodya, heç olmasa sağıcılar haqqında danışaydın. Bu nə meyllərdir?". 

Xəbər lenti
0