Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putinin rəqibləri bəlli oldu

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidRusiyada seçki bülleteni
Rusiyada seçki bülleteni - Sputnik Azərbaycan
Abunə olmaq
Putinlə mübarizə aparanlar sırasında iki nəfər ənənəvi rəqib var

BAKI, 8 fevral — Sputnik. Rusiyada prezidentlik uğrunda mübarizədə hazırkı dövlət başçısı Vladimir Putinin 7 rəqibi olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Rusiya prezidenti postuna namizədlərin qeydə alınması bu gün başa çatıb.

Putinlə mübarizə aparanlar sırasında iki nəfər ənənəvi rəqib var — Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski və “Yabloko” Partiyasının lideri Qriqori Yavlinski.

Digər namizədlər bunlardır: Kommunist Partiyasından Pavel Qrudinin, Tərəqqi Partiyasından Boris Titov, Rusiya Ümumxalq İttifaqından Sergey Baburin, "Vətəndaş Təşəbbüsü"ndən Kseniya Sobçak və "Rusiya kommunistləri"ndən Maksim Suraykin.

Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 18-də keçiriləcək. 

Xəbər lenti
0