Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Su-25-in intiqamını ən-Nusra Cəbhəsindən aldı

© AFP 2023 / Omar Haj KadourSuriye'de Rus savaş uçağı düşürüldü
Suriye'de Rus savaş uçağı düşürüldü - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Müdafiə Nazirliyi ona məxsus döyüş təyyarəsi Su-25-i vuran raketin atıldığı İdlibin Ən-Nusra Cəbhəsi-nin nəzarətindəki bölgəsinə sarsıdıcı zərbə vurduğunu açıqlayıb.

BAKI, 4 fevral — Sputnik. Rusiyanın Müdafiə Nazirliyi ona məxsus döyüş təyyarəsi Su-25-i vuran raketin atıldığı İdlibin ən-Nusra Cəbhəsi-nin nəzarətindəki bölgəsinə sarsıdıcı zərbə vurduğunu açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatlarına görə, ən-Nusra Cəbhəsi-nin mövqelərinə edilən hücumda ən azı 30 terrorçunun məhv edildiyi bildirilib.

Ən-Nusra Cəbhəsi-nin mövqelərinə edilən hava hücumun görüntüləri Rusiya Müdafiə Nazirliyinin saytı tərəfindən paylaşılıb.

Bir qədər əvvəl Rusiyanın Müdafiə Nazirliyi "Su-25" təyyarəsinin Suriyada vurulduğunu və katapul edən pilotun terrorçular tərəfindən öldürüldüyünü açıqlayıb.

"Sky News Arabia" telekanalının məlumatına görə, təyyarə "yer-hava" sinifli raketlə vurulub.

Hal-hazırda Rusiyanın Suriyadakı atəşkəsi izləmə mərkəzi, İdlibdə gərginliyin azaldılması bölgəsinə məsul olan türk tərəfi ilə birlikdə pilotun cəsədinin qaytarılması istiqamətində tədbirlər görür.

Xəbər lenti
0