Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İtkin düşənlərin ailələrinə 27 min dollaradək yardım ediləcək

© AFP 2023 / WAKIL KOHSARПересчитывание денег. Архивное фото
Пересчитывание денег. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Vostok" gəmisinin azərbaycanlı heyət üzvlərinin ailələrinə 26 min dollardan çox maddi yardım ediləcək

BAKI, 1 fevral — Sputnik. Yapon dənizində itmiş "Vostok" gəmisinin məxsus olduğu "DV-flot" şirkəti heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl məbləğində (26 min 698 dollar) maddi yardım edəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin baş direktoru Stanislav Malçevski bildirib.

"Müəssisə heyətin həlak olmuş hər bir üzvünə görə 1,5 milyon rubl ödəyəcək. Bundan əlavə, onların ailələri sığortaçı şirkət tərəfindən sığorta ödəmələri alacaqlar", — deyə Malçevski əlavə edib.

Hazırda "Vostok" gəmisinin statusu dəyişməyib, hələ ki, axtarış gedir, dənizçilər həlak olmuş və ya itkin düşmüş hesab olunmayıblar. Bildirilir ki, onların itkin düşdüyünü rəsmi olaraq yalnız məhkəmə hesab edə bilər. Gəmi yanvarın 25-dən etibarən radarlardan itib.

İtkin düşən gəminin 20 ekipaj üzvü arasında iki azərbaycanlı da var. Bunlar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.

Xəbər lenti
0