Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Populyar cizgi filminin yaradıcısı vəfat etdi

© Sputnik / Anar MustafayevTeleviziya proqramı
Televiziya proqramı - Sputnik Azərbaycan
Abunə olmaq
O, ilk ekran əsərlərini "Ekran" yaradıcılıq birliyinin bazasında ərsəyə gətirib

BAKI, 31 yanvar — Sputnik. Sovet dövrünün animasiya filmləri rejissoru Anatoli Reznikov 77 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə jurnalist Susanna Alperina məlumat yayıb.

"Mənə Reznikovun ailəsi ilə yaxından dostluq edən tanışlar Almaniyadan zəng vurub bildirdilər ki, bu gün səhər o, dünyasını dəyişib", — deyə Alperina bildirib.

İlkin məlumatlara görə, multiplikator çərşənbə günü Bakı vaxtı ilə səhər 12:00-da Almaniyanın Zolinqen şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır.

O, ilk ekran əsərlərini "Ekran" yaradıcılıq birliyinin bazasında ərsəyə gətirib. Reznikova "Bir kovboy, iki kovboy" və Arkadi Haytın ssenarisi əsasında Leopold adlı pişik haqqında silsilə cizgi filmləri şöhrət qazandırıb.

Xəbər lenti
0