ABŞ bayrağı

Azərbaycanlı biznesmenlər Vaşinqtonun "qara siyahı"sına düşdü

255
(Yenilənib 14:21 30.01.2018)
Azərbaycan əsilli oliqarxların adları ABŞ-ın sanksiyalar siyahısında yer alıb

BAKI, 30 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, yanvarın 29-da ABŞ-ın Maliyyə Nazirliyi Konqresə Rusiya əleyhinə misli görünməmiş sanksiyalar paketi təqdim edib. Sputnik xəbər verir ki, paketdəki siyahıda Rusiyanın 114 nəfər yüksək vəzifəli məmurunun, dövlət şirkəti sahiblərinin və 96 nəfər tanınmış biznesmenin adı qeyd olunub.

Sputnik Azərbaycan "Kreml hesabatı" adlanan sənəddə yer alan "Putin siyahısı"nı araşdırıb. Orada Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenko, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Moskva meri Sergey Sobyanin və digər şəxslərin adları var.

Bu siyahıda Roman Abramoviç, Yelena Baturina (sabiq Moskva meri Yuri Lujkovun həyat yoldaşı), Süleyman Kərimov kimi məşhur oliqarxlarla yanaşı, azərbaycanlı oliqarxların da adları yer alıb.

Azərbaycan əsilli oliqarxlar Araz Ağalarov ("Crocus Group" şirkətinin sahibi və prezidenti), Fərhad Əhmədov ("Aznar" şirkətinin Direktorlar Şurasının sədri), Vahid Ələkbərov ("Lukoil" şirkətinin prezidenti) və Qod Nisanov ("Kiyevskaya Ploşad" holdinqin İdarə Heyətinin sədri) ABŞ-ın sanksiyalar siyahısında yer alıb.

Daha əvvəl ABŞ prezidenti Donald Trampla yaxın dostluq münasibətləri olan Araz Ağalarov və Fərhad Əhmədovun adlarının bu siyahıda yer alması xüsusi maraq doğurub. Araz Ağalarovun oğlu, azərbaycanlı müğənni və iş adamı Emin Ağalarovun bir klipində hətta Donald Tramp rol alıb. E.Ağalarov öz müsahibələrində Trampın özü və övladları ilə dost olduğunu, onların evinə qonaq getdiyini bildirib.

255
Teqlər:
"Kreml hesabatı", Araz Ağalarov, biznesmen, sanksiya, Maliyyə Nazirliyi, ABŞ
Əlaqədar
Rusiyanın hərbi sənayesinə qarşı sanksiyalar qüvvəyə mindi
Rusiya ABŞ-ın yeni sanksiyalarına necə cavab verəcəyini bəyan etdi
Avropalılar ABŞ-ın yeni sanksiyalarını qəbuledilməz sayırlar
Abbasov: “ABŞ özü tətbiq etdiyi sanksiyalardan əziyyət çəkir”
Hacızadə: “İrana sanksiyaların tətbiq edilməsi Avropanın maraqlarına ziddir”
Sadıxov: “Sanksiyalar ilk növbədə işğalçı ölkələrə tətbiq edilməlidir”
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

16
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

16
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

84
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

84
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC