Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın hərbi sənayesinə qarşı sanksiyalar qüvvəyə mindi

© AFP 2023 / Mladen ANTONOVФлаги России и США перед зданием посольства Соединенных Штатов Америки в Москве, фото из архива
Флаги России и США перед зданием посольства Соединенных Штатов Америки в Москве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ bu gündən etibarən Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə başlayacaq

BAKI, 30 yanvar — Sputnik. ABŞ bu gündən etibarən Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə başlayacaq.

Sputnik Azərbaycan Modern-ə istinadla xəbər verir ki, Moskva ilə imzalanacaq müqavilənin əhəmiyyəti və onun nə dərəcədə ziyanlı olmasını ABŞ tərəfi müəyyən edəcək.

Sanksiyalar 2017-ci ilin yayında qəbul edilən "Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında" qanun əsasında tətbiq ediləcək. ABŞ-ın sanksiyalarının keçən ilin avqustun 2-dən sonra Rusiya ilə hərbi müqavilə imzalayan şəxslərə və ya şirkətlərə tətbiqi gözlənilir.

Bu qanun təkcə xarici yox, həm də Rusiya şirkətlərinə də ölkə hərbi sənayesi ilə əlaqəni qadağan edir.
Qeyd edək ki, Rusiya 2017-ci ildə 14 milyard dollar silah satıb.

ABŞ oktyabrda Rusiyanın 25-dən çox hərbi şirkətini özünün qara siyahısına daxil etmişdi.

Xəbər lenti
0