Yapon dənizi, arxiv şəkli

İtən gəminin axtarışları davam edir

54
(Yenilənib 11:16 26.01.2018)
Axtarışlara Mİ-8 və BE-200 helikopterləri də cəlb edilib

BAKI, 26 yanvar — Sputnik. Yapon dənizində itən Rusiyaya məxsus "Vostok" balıqçı gəmisinin axtarışları davam edir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, göyərtəsində ikisi azərbaycanlı olmaqla 20 nəfərin olduğu "Vostok" balıqçı gəmisinin axtarışları hələ də heç bir nəticə verməyib.

Bildirilir ki, gəminin tapılma şansı böyükdür və axtarışlar davam edir. Axtarışlara Mİ-8 və BE-200 helikopterləri də cəlb edilib.

Xatırladaq ki, dünən səhər saatlarından Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi ilə əlaqə kəsilib. Gəminin göyərtəsində 20 nəfər olub və onlardan ikisi azərbaycanlıdır. Onların hər ikisinin Rusiya vətəndaşı olduğu deyilir.

54
Teqlər:
"Vostok" balıqçı gəmisi, Yapon dənizi, axtarış, Rusiya, azərbaycanlı
Əlaqədar
İtən gəmidə olan azərbaycanlılar belə axtarılır
İtən gəmidəki azərbaycanlılarla bağlı yeni xəbər var
Göyərtəsində azərbaycanlıların olduğu gəmi dənizdə yoxa çıxıb