Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putindən maraqlı "İslam" açıqlaması

© Sputnik / Евгений Биятов / Mediabanka keçidVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada rəsmi 20, qeyri-rəsmi isə 40 milyondan çox müsəlman əhali yaşayır

BAKI, 25 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkədə İslam dini tədrisini gücləndirəcəklərini söyləyib. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, Putin bu istiqamətdə ciddi addımlar atılacağını deyib.

Tatarıstanın paytaxtı Kazanda müsəlman alimlərlə görüşən Putin İslam dininin Rusiyada yenidən canlanmasının vacib olduğunu vurğulayıb.

"Hökumətimiz Rusiyada İslam dini tədrisini gücləndirmək üçün addımlar atacaq. İslam təhsili dərin və möcüzəvi tarixə sahibdir. 1917-ci il inqilabından əvvəl Rusiyanın müsəlman ilahiyyatçıları dünyanın hər tərəfində çox böyük hörmətə sahib insanlar olaraq tanınırdı və fikirləri çox dəyərli idi. Təəssüf ki, Sovetlər İttifaqı dövründə bu zənginlik itdi", — rus lider qeyd edib.

"İslam, rus mədəni kodunun əhəmiyyətli bir parçasıdır və müsəlman cəmiyyəti də şübhəsiz ki, Rusiyanın çoxmillətli xalqının vacib tərkib hissəsidir", — Putin deyib.

Qeyd edək ki, Rusiyada rəsmi 20, qeyri-rəsmi isə 40 milyondan çox müsəlman əhali yaşayır. Bu da ümumi əhalinin 30%-dən çox hissəsini təşkil edir.

Xəbər lenti
0