Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İt öz sahibini güllələyib

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidİt və sahibi, arxiv şəkli
İt və sahibi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saratov vilayətinin Krasnokutsk rayonunda kişi ov zamanı həlak olub

BAKI, 22 yanvar — Sputnik. Rusiyanın Saratov vilayətinin Krasnokutsk rayonunda kişi ov zamanı həlak olub. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, kişini öz iti güllələyib.

Ova gedən 64 yaşlı yerli sakin avtomobilinin yük yerindəki iki itini çöllüyə buraxıb. Heyvanlar oynaqlaşmağa başlayıb. Onlardan birinin pəncəsi yaxınlıqdakı "TOZ-34" markalı ov tüfənginin tətiyinə dəyib. Yerdə maili şəkildə dayanan tüfəngin lüləsi kişinin qarnına tuşlanıbmış. İt onunla oynayarkən atəş açılıb və güllə sahibinə dəyib.

Saratov sakinini odlu silahdan açılan atəş nəticəsində yaralanmış vəziyyətdə xəstəxanaya çatdırıblar. Amma onun həyatını qurtarmaq mümkün olmayıb. Kişi xəstəxanaya çatdırılandan bir saat sonra ölüb.

Xəbər lenti
0