Rusiyada polis avtomobili, arxiv şəkli

Rusiyalı oğlan məktəbdə qanı su yerinə axıdıb

206
(Yenilənib 15:05 19.01.2018)
Yeniyetmə cinayətkar xəstəxanada polis nəzarətinə götürülüb

BAKI, 19 yanvar — Sputnik. Rusiyada qəribə hadisə yaşanıb. Buryatiya Respublikasının Sosnovıy Bor kəndində 9-cu sinif şagirdi olan oğlan əlində balta və bıçaqla şagirdlərə hücum edib.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, 7-ci sinif otağına girən məktəbli bir neçə şagirdi yaralayıb. O, parça yandıraraq müəllimə tərəf atıb və sonra bıçaqla hədə-qorxu gəlməyə başlayıb. Şagirdləri və müəllimi yaraladıqdan sonra məktəbli özünə də bıçaq zərbələri endirib.

Buryatiya Respublikasının Sosnovıy Bor kəndində məktəb
© Photo : BURYATIA.SLEDCOM.RU
Buryatiya Respublikasının Sosnovıy Bor kəndində məktəb

Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər. Yeniyetmə cinayətkar xəstəxanada polis nəzarətinə götürülüb. Məsələ ilə bağlı cinayət işi açılıb.

206
Teqlər:
Buryatiya Respublikası, məktəb, Rusiya
Əlaqədar
Bakı məktəbləri barədə əmr verildi
Qubada inşa edilmiş modul tipli məktəbdən reportaj
Məktəblərdə yeni qayda tətbiq olunacaq ki, bu da fikir ayrılıqlarına yol açıb
Rus məktəbinə silahlı basqın olub, yaralananlar var
Məktəblərdə yoxlamalar başlayıb
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

22
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

22
Vladislav Lisovets, arxiv şəkli

Rusiyalı stilistdən Azərbaycana dəstək

102
(Yenilənib 21:28 23.10.2020)
Vladislav Lisovets: "Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir".

BAKI, 23 oktyabr — Sputnik. "Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim". Sputnik Azərbaycan News.ru-ya istinadən bildirib ki, bunu Bakıda doğulub böyüyən və hazırda Moskvada yaşayan stilist Vladislav Lisovets deyib. 

Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatlarını şərh edən V.Lisovets Azərbaycanın torpaqlarını qaytarmasını, tam azad etməsini çox istədiyini söyləyib:

"İndi çox istərdim ki, torpaq məsələsi həll olunsun və insanlar özlərinə aid olanları qaytarsınlar. Bunun minimum insan itkisi ilə baş verməsini arzulayıram. Təəssüf ki, siyasətçilər insanların yer üzündə yaşadığını unudurlar. Əvvəlcə sərhədləri düşünürlər, insanları yox. Heç kimi millətə bölmək istəmirəm. İnsanlar öldükdə bu, faciədir", - Lisovets bildirib.

"Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir. İndi bu, münaqişənin kəskinləşməsinə çevrilib, amma mən bütün bunların bitməsini çox istərdim", - deyə stilist əlavə edib.

102
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

0
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

0