Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İŞİD-in tərəfindən törədildiyi iddia edilən partlayışın icraçısı saxlanıldı

Abunə olmaq
Sankt-Peterburq mağazasında partlayış törədən şəxs saxlanılıb

BAKI, 30 dekabr — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FTB) Sankt-Peterburqdakı mağazalardan birində partlayış törətmiş şəxsi saxlayıb.

Bu barədə FTB-yə istinadən RİA Novosti məlumat yayıb.

"Rusiya FTB tərəfindən 30 dekabr 2017-ci il tarixində aparılan əməliyyat-axtarış tədbirləri zamanı dekabrın 27-də Sankt-Peterburq şəhərində "Perekryostok" mağazasının ticarət zalında törədilmiş partlayışın bilavasitə təşkilatçı və icraçısı saxlanılıb" — deyə məlumatda bildirilir.

Xatırladaq ki, İŞİD bu partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Xəbər lenti
0