Глава Чеченской Республики Российской Федерации Рамзан Кадыров

Ramzan Kadırov ABŞ-ın ona qarşı addımını yumorla qarşılayıb

164
(Yenilənib 17:53 21.12.2017)
Sanksiya tətbiq edilən şəxslər siyahısında Çeçenistan rəhbəri Ramzan Kadırov da var

BAKI, 21 dekabr — Sputnik. ABŞ administrasiyası Rusiyanın daha beş nəfər vətəndaşının adını Maqnitski siyahısına daxil edib.

Sputnik Azərbaycan xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər siyahısında Çeçenistan rəhbəri Ramzan Kadırov da var. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama yayıb.

Sanksiyaya məruz qalan digər Rusiya vətəndaşları Ayyub Katayev, Yuliya Motorova, Andrey Pavlov və Aleksey Şeşenyadır.

ABŞ hökuməti bildirir ki, Ramzan Kadırov və digərləri məhkəmə hökmündən kənar hərəkətlərə, işgəncələrə, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud şəkildə pozulmasına yol verib. 

"O, qeyd edilən hərəkətlərini "Rusiya Federasiyası hökumətinin rəsmiləri tərəfindən müəyyən edilmiş, qeyri-qanuni fəaliyyətləri üzə çıxarmaq cəhdi kimi göstərirdi" — deyə Kadırovla bağlı açıqlamada bildirilib.

Ramzan Kadırov adının ABŞ-ın sanksiyalar siyahısına düşməsini ironiya ilə qarşılayıb. O, Vaşinqtonun qərarını "Amerikadan növbəti mükafat" kimi qiymətləndirib və əlavə edib ki, əgər ABŞ ölkənin bütün valyuta ehtiyatlarını ona versəydi, yenə də ora getməzdi.

"Mən necə qəmlənməyim? 40 il Amerikaya getmək, orda bizneslə məşğul olmaq, Manhettendəki banklarda hesab açmaq planları qurmuşam. Lakin mən Las-Veqasdakı kazinoları və Bank of America-dakı milyardları görməyəcəm" — respublika başçısı Instagram-da yazıb.

Kadırov qeyd edib ki, insan hüquqları ABŞ-da pozulur, Çeçenistanda deyil. 

Çeçen lider əlavə edib ki, amerikalılar onu həyatını terrorizmlə mübarizəyə həsr elədiyinə görə bağışlaya bilmirlər.

"Qoy ABŞ narahat olmasın. Mən hələ ABŞ torpaqlarına getmək barədə əmr almamışam" — deyən Çeçenistan rəhbəri atla Elba çayına çatıb, Amerika prezidentindən "Fəxri legion" ordeni alan Sovet İttifaqı qəhrəmanı Mavlid Visaitovu xatırladıb.

164
Teqlər:
ABŞ-ın Maliyyə Nazirliyi, Bank of America, Andrey Pavlov, Ayyub Katayev, Ramzan Kadırov, Las-Veqas, Rusiya Federasiyası, ABŞ
Əlaqədar
"ABŞ Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb"
Sadıxov: “ABŞ-ın sanksiya siyasəti ölkələrin strateji kursunu dəyişməyəcək”
Rusiya Azərbaycana qarşı da sanksiya tətbiq edir?
İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırıb
Avropa Yayım Birliyi Ermənistanı sanksiya ilə hədələyib
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

5
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

5
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu
Aleksey Navalnı, arxiv şəkli

Navalnını vərəm xəstəxanasında təkadamlıq kameraya saldılar

4
Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı.

BAKI, 20 aprel - Sputnik. "Hazırda sərt rejimli koloniyanın vərəm xəstəxanasının təkadamlıq kamerasında olan Aleksey Navalnı özü ona qlükoza köçürülməsinə razılıq verib". 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə onun vəkili Olqa Mixaylova jurnalistlərə deyib.

Moskvanın Simonov məhkəməsinin fevralda "İv Roşe" şirkəti üzrə işə görə şərti cəzanı ləğv edib 3.5 il ümumi rejimli koloniyada həbs cəzası kəsdiyi Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı. Olqa Mixaylova Navalnının durumu ilə əlaqədar bildirmişdi ki, onun ayaqları və kürəyi ağrıyır. Federal Cəzaların İcrası Xidməti (FCİX) müayinədən sonra Navalnının vəziyyətini stabil və qənaətbəxş adlandırmış və koloniyada bütün lazımi tibbi yardımı aldığını bildirmişdi.

Ötən həftə Vladimir vilayətinin FCİX-dən bildirmişdilər ki, Navalnını aprelin 5-dən 9-dək Pokrovdakı islah koloniyasının tibbi-sanitar bölməsində saxlayıb, sonra "səhhəti yaxşılaşdığından" geriyə, dəstəyə qaytarıblar. Bazar ertəsi isə həkimlər komissiyası Navalnının koloniyadan Vladimirdəki məhkumlar üçün vilayət xəstəxanasına köçürülməsinə qərar veriblər.

 

4
Teqlər:
kamera, vərəm, həbsxana, Rusiya, Aleksey Navalni