Vladimir Putin

Rusiya prezidenti tatar dilindəki sözə maraqlı reaksiya verib

104
(Yenilənib 14:56 14.12.2017)
Vladimir Putin: "Qocalanda meymunun gözləri zəifləyir"

BAKI, 14 dekabr — Sputnik. "Rusiyada milli məsələlərlə bağlı kəskin vəziyyət yoxdur. İnsanları öz doğma dillərini öyrənmək imkanı ilə təmin etmək lazımdır. Bu, istər çeçen dili olsun, istər tatar, istərsə də başqası".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistin milli dillə bağlı sualını cavablandırarkən deyib.

Əlində "Putin ba-bay" sözünün yazıldığı plakat tutan gənc qıza Rusiya prezidenti maraqlı reaksiya verib: "İstəyirəm ki, sualı "Putin ba-bay" plakatını tutan qız versin. Siz nə demək istəyirsiz, Putin bay-bay?"

Məlum olanda ki, "ba-bay" tatar dilində "baba" deməkdir, Putin zarafatla əlavə edib: "Qocalanda meymunun gözləri zəifləyir".

Qız izah edib ki, tatar uşaqlar prezidentə "Putin baba" deyirlər və öz dillərində təhsil almaq barədə onun fikrini bilmək istəyirlər. Putin əlavə edib ki, Rusiya Federasiyasının birliyi naminə zərərli və təhlükəli olduğu üçün hökumətin dil və milli məsələ ilə bağlı heç bir təzyiqi olmayacaq.

"Rusiyada hər bir xalqın ölkədə yaşayan digər xalqın nümayəndələri ilə ünsiyyət formasını özünün seçmək hüququ var. Mən prezident olduğum müddətdə regionların birləşdirilməsi, genişləndirilməsi olmayacaq" — deyə RF prezidenti əlavə edib.

104
Teqlər:
ba-bay, baba, xalq, Vladimir Putin, Rusiya, prezident
Əlaqədar
Peskov: "Putinin səfəri bu ölkəni xilas etmək cəhdidir"
Putin Türkiyəni seçən ruslardan danışdı: "Onların sayı..."
Ərdoğan ilk dəfə olaraq Putinə belə təşəkkür etdi
Putin Ankarada: Ərdoğanla görüşdə nələr müzakirə ediləcək?
Putini Ankarada gözləyirdilər ki... gözlənilməz hadisə oldu
Ərdoğan və Putin bu məsələdə razılığa gəldilər
Putinə neçə dəfə “HƏ!” deyiblər
COVİD-19 qarşı eksperemental peyvənd, arxiv şəkli

Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı

320
(Yenilənib 08:15 08.08.2020)
Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

BAKI, 8 avqust — Sputnik. Rusiyada koronavirus əleyhinə peyvəndləri ilk olaraq həssas qruplar – tibb işçiləri və yaşlı şəxslər alacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Qridnev bildirib.

Qridnev əlavə edib ki, hazırda preparatın kütləvi şəkildə hazırlanması üzrə "maksimum iş" görülür. Onun sözlərinə görə, peyvəndlənmənin effekti populyasiya immuniteti formalaşdıqdan sonra, virusun ötürülməsi praktiki olaraq mümkün olmadığı vaxt nəzərə çarpacaq: "Lakin bu peyvəndlənənlərin sayından asılı olacaq".

Qeyd edək ki, Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

"Biz bu sənəd paketini işləyib hazırlamağa başlamışıq, çünki institut heç vaxt uşaqlar üzərində sınaq aparmayıb. Pediatrlar bu xüsusiyyətləri bilirlər və biz onlarla birlikdə Səhiyyə Nazirliyinə təqdim edəcəyimiz sənədlər paketini yazırıq ki, uşaqlar üzərində bunu həyata keçirə bilək – amma yalnız böyüklər üzərində bütün tədqiqatları bitirdikdən sonra", - deyə mərkəzin direktoru Aleksandr Gintsburq bildirib.

Onun sözlərinə görə, sınaqlar qışda başlayacaq, çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

Koronavirusa qarşı Rusiya peyvəndinin sınaqları

Bundan əvvəl Rusiya Səhiyyə naziri Mixail Muraşko Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqlarının başa çatdığını elan edib.

O, hökumətin oktyabrda kütləvi peyvəndləmə aparmaq niyyətində olduğunu vurğulayıb. Peyvəndlər ilk növbədə "xüsusi qruplar"nın nümayəndələrinə – tibb işçilərinə və müəllimlərə veriləcək.

Mütəxəssislər preparatı Müdafiə Nazirliyi ilə birgə işləyib hazırlayıblar. İyulun sonunda hərbi hospitaldan sınaqlarda iştirak etmiş 20 könüllünün ikinci qrupu buraxılıb. Onların hər birində immun reaksiya yaranıb, heç bir yan təsir və ya ağırlaşma aşkar edilməyib.

"Vektor" mərkəzi də öz vaksininin klinik sınaqlarını həyata keçirməyə başlayıb. Bu vaksinin istehsalı noyabrda başlaya bilər.

320
 Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

11
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

11
Avtostop

"Piyada" istirahət - sabahın havasından xəbərdar olun

0
(Yenilənib 13:15 08.08.2020)
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq

BAKI, 8 avqust — Sputnik. Azərbaycanda avqustun 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, ümlayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri karantin rejimi tətbiq olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

0
Teqlər:
hava proqnozu