Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: "Rəqiblərimi də özüm seçməli deyiləm ki!"

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidПрезидент РФ Владимир Путин во время большой ежегодной пресс-конференции
Президент РФ Владимир Путин во время большой ежегодной пресс-конференции - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: "Mən dəfələrlə Rusiyanı necə görmək istədiyimi demişəm"

BAKI, 14 dekabr — Sputnik. "Mən dəfələrlə Rusiyanı necə görmək istədiyimi demişəm. Ölkə müasir, siyasi sistemi çevik olmalıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün keçirdiyi ənənəvi illik mətbuat konfransında "Siz seçkiyə niyə gedirsiniz? Rusiya üçün nə etmək fikrindəsiniz? Rusiyanı necə görmək istəyirsiniz?" sualına cavabında deyib.

Artıq seçkiqabağı proqramının hazır olduğunu vurğulayan Putin bunu mətbuat konfransında açıqlamayacağını qeyd edib.

"Qovorit Moskva" radiostansiyasının əməkdaşının "Siz niyə seçkiyə gedirsiniz? Bir prezident üçün güclü rəqibin olmadığı seçkiyə getmək nə dərəcədə maraqlıdır?" sualının cavabında Putin deyib: "Rəqiblərimi də özüm seçməli deyiləm ki!"

Ölkədə güclü müxalifətin olmaması barədə danışan Putin deyib: "Niyə bizdə səs-küylü və fəal müxalifət yoxdur? Onlar həqiqətən də hazırkı hakimiyyətə real rəqib deyillər. Bilirsiniz, son onilliklərdə Rusiya böyük spesifik inkişaf yolu keçib. Müxalifətçilik təkcə meydanlarda səs-küy salmaq demək deyil, həm də təkliflər verməkdir". 

Xəbər lenti
0