Həbs

Azərbaycanlı aktyor ağır cinayət törədib

1529
(Yenilənib 12:24 12.12.2017)
Hazırda böyük məbləğdə oğurluğun detalları araşdırılır

BAKI, 12 dekabr — Sputnik. Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları əslən Azərbaycandan olan kinoaktyor Elsevər Cəfərovu 27 milyon rubl (775 min manat) oğurlamaqda şübhəli bilərək saxlayıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, banklardan birinin Moskva filialının direktoru polisə müraciət edərək gün ərzində bankın əməliyyat sisteminda nasazlıq yarandığını, bundan sonra isə hesabda 27 milyon rubldan çox məbləğdə kəsir yarandığını bildirib. İstintaq vəsaitlərin hələlik müəyyənləşdirilməmiş şəkildə bank hesabından oğurlandığını müəyyənləşdirib və cinayət işi açılıb.

Elsevər Cəfərov
© Photo : 1news
Elsevər Cəfərov

Hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı Elsevər Cəfərovu saxlayıblar. Sankt-Peterburqda yaşayan və "Tərəqqi" kinostudiyasında aktyor fəaliyyəti ilə məşğul olan 30 yaşlı şəxs günahını tam şəkildə etiraf edib. Hazırda böyük məbləğdə oğurluğun detalları araşdırılır.

1529
Teqlər:
Elsevər Cəfərov, qarət, milyon, rubl, Moskva, hüquq-mühafizə orqanları, aktyor, Azərbaycan, bank
Əlaqədar
Milyonlarla qadının əlçatmaz arzusu olan əfsanəvi aktyor
Məşhur aktyor: "Azərbaycanda teatr binaları var, amma teatr yoxdur"
Azərbaycanlıların da sevdiyi əfsanəvi hind aktyoru vəfat etdi
Azərbaycanlı aktyor Burak Özçivitlə birgə təqdimata niyə gəlmədi?
Кинолента, фото из архива

Avetisyanın filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb

44
(Yenilənib 13:38 30.09.2020)
Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib

BAKI, 30 sentyabr — Sputnik. Erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramından çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addım atılıb.

Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib.

Eyni zamanda, Azərbaycan rejissoru İsmayıl Səfərlinin "Balıqçı qızı" bədii filmi bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınıb və festivalda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") adlı bədii filmi də daxil edilmişdi.

ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirib.

44
Teqlər:
Mədəniyyət Nazirliyi, Moskva, kinofestival, film, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycanda "Diriliş Ərtoğrul"un yayımına başlanılır
Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib
Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb
Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib
Filmimiz MDB ölkələrinin kinoprokatına çıxacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" VİDEO

182
(Yenilənib 09:47 30.09.2020)
ATƏT-in Minsk qrupunun prinsiplərinin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, dövlət başçısı vurğulayıb

BAKI, 29 sentyabr - Sputnik. “Böhranın hazırkı kəskinləşməsi zamanı Azərbaycanda dinc sakinlər, o cümlədən uşaqlar həlak olublar, hərbçilər arasında itkilər var. Ona görə də ölkə öz xalqını, öz insanlarını və öz torpaqlarını müdafiə etmək üçün təcavüzkara adekvat cavab verməli idi”.

Sputnik Azərbaycan bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün “Rossiya-1” telekanalında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə həsr olunmuş verilişdə çıxış edərkən deyib.

Veriliş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.

Dövlətimizin başçısı qeyd edib ki, cəbhədə vəziyyət gərgindir. Buna baxmayaraq iki ölkə arasında danışıqlar Ermənistanın qəbuledilməz tələblərinə görə hazırda mümkün deyil.

ATƏT-in Minsk qrupunun prinsiplərinin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

© Official website of President of Azerbaijan Republic

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

182
Teqlər:
Prezident İlham Əliyev, ölənlər və yaralılar, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Artilleriya bölmələrimiz Ermənistan ordusuna sarsıdıcı zərbələr endirir - VİDEO
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı
(0:23 / 2.16Mb / просмотров видео: 3)

Ermənistanın topları dəqiq atəşlə məhv edilib - video

0
(Yenilənib 14:30 30.09.2020)
Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib. Daha ətraflı Müdafiə Nazirliyinin videosunda izləyin.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

0