Dolqoprudnı rayonundakı Veqetta iri meyvə-tərəvəz bazarı

"Lotu Quli" klanı Rusiya bazarlarına nəzarəti itirir

1554
(Yenilənib 10:07 08.12.2017)
"Lotu Quli"nin qruplaşması tezliklə Moskva vilayətinin Dolqoprudnı rayonundakı iri meyvə-tərəvəz bazarı "Veqetta" üzərindəki nəzarəti itirəcək

BAKI, 7 dekabr — Sputnik. Hazırda Türkiyədə yaşayan azərbaycanlı "qanuni oğru", kriminal dairələrdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qruplaşması tezliklə Moskva vilayətinin Dolqoprudnı rayonundakı "Veqetta" iri meyvə-tərəvəz bazarı üzərindəki nəzarəti itirəcək. Əsasən azərbaycanlıların işlədiyi bu bazara hazırda kriminal avtoritet Vaqif Süleymanov (Vaqif Bakinski), necə deyərlər, "Quli klanı"na daxil olan kölgə sahib nəzarət edir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Moskvadakı diasporunun nümayəndələri məlumat veriblər.

Mənbənin bildirdiyinə görə, sözügedən meyvə-tərəvəz bazarının sahibi tezliklə dəyişəcək. "Veqetta"nın hazırkı sahibi Binbankda meydana gəlmiş problemlə (Binbankın səhmlərinin 28,5%-i Mixail Qutseriyevə, 67,9%-i isə onun bacısı oğlu Mikayıl Şişxanova məxsusdur —red.) bağlı kreditorlara iri məbləğdə borclanmış inquş milyarder Mixail Qutseriyevdir. İndi Qutseriyev borclarının kompensasiyası üçün sözügedən meyvə-tərəvəz bazarını likvid aktivlər şəklində kreditorlara verir. 

Vaxtilə böyük gəlir gətirən (bəzi məlumatlara görə, illik 10 milyard rubl.) "Veqetta"nın hazırda təhvil-təslimi gedir. Gəzən söhbətlərə görə, bazara nəzarət elədiyi beş il ərzində Vaqif Süleymanov Cənub dairəsinin bəzi vəzifəli şəxsləri ilə münasibətlər qurub. Biznesə "himayədarlıq" etdiyinə görə etnik qruplaşma hər ay 100 min ABŞ dolları alır. Bütün bunlar isə kriminal avtoritetlərlə mübarizəni qəti şəkildə aparan Rusiyanın hüquq-mühafizə orqanlarına çoxdan məlumdur. Moskva rəhbərliyi sivil ticarət sahəsi yaratmaq istəyir.

"Veqetta" Moskva və Moskva ətrafında çökən yeganə meyvə-tərəvəz bazarı deyil. Nə vaxtsa ayrı-ayrı məmurlara və kriminallara məxsus digər bazarlar da bağlanıb. Çünki məmurlar tez-tez dəyişiklik etməyə vərdiş ediblər, kriminallar isə adətən təsir dairəsindən kənarda qalmanın qurbanı olurlar. Çerkizov bazarının keçmiş sahibi və oliqarx Telman İsmayılovu xatırlatmaq kifayətdir. Bir vaxtlar Moskvanın sabiq meri Yuri Lujkovla dost olan İsmayılov hər şeyə qadir idi. Amma bu gün onu beynəlxalq polis axtarır.

İsmayılov qətl törətməkdə, silahların qanunsuz satışı və dövriyyəsində ittiham edilir. Onun haqqında Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.

İstintaq orqanları İsmayılovu 2016-cı ildə sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində şübhəli bilir. İstintaqın verdiyi məlumata görə, o, cinayəti qardaşları Rafiq və Vaqiflə birlikdə törədib, cinayətin icraçısı isə Mehman Kərimov olub. Müəyyən edilib ki, 15 may 2016-cı ildə Novorijsk şossesində Kərimov avtomobilin salonunda Savkin və Brilyovu tapançadan açdığı atəşlə öldürüb.

Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar isə hələ də azadlıqdadırlar. İnterpol vasitəsilə onların beynəlxalq axtarışının təşkili üçün mövcud materiallar Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilib.

Əlbəttə, Qutseriyev cinayətdə, özü də qətl törətməkdə günahlandırılmır və polis onu axtarmır. Lakin burada müəyyən paralellər aparmaq olar: hər iki rusiyalı kapitalist Moskvanın kənd təsəsrrüfatı məhsulları bazarına təsirlərini müəyyən dərəcədə itirirlər və burada azərbaycanlı "qanuni oğru"nun (Lotu Quli) reputasiyasının da rolu var. 

Eyni zamanda azərbaycanlıların Qutseriyevin meyvə bazarında mövcudluğunun sadə şəkildə izahı var. Məsələ ondadır ki, Qutseriyevi Azərbaycanla çox şey, eləcə də biznes bağlayır. Qutseriyev Azərbaycanda neft hasil edən Britaniya şirkəti "GCM Global Energy Inc."-in sahibidir.

Hətta Qutseriyev 2007-ci ilin avqustunda vergilərdən yayınma ittihamı ilə Rusiyada həbs olunma təhlükəsi ilə üzləşəndə Bakıda gizlənmişdi. Moskvanın Tver məhkəməsi biznesmenlə bağlı qiyabi həbs qərarı çıxarmışdı. Amma Qutseriyev məhkəmə qərar çıxarana qədər Rusiyanı tərk edə bilmişdi. Məhz həmin vaxt Moskvada Qutseriyevin oğlu Çingizxan Qutseriyevin oğlu ürək çatışmazlığından vəfat etdi. Atası oğlunun cəsədini onun ölümünün əsl səbəbini öyrənmək üçün Bakıya gətirtdi. O, oğlunun öldürülməsindən şübhələnirdi. Çingizxanın cəsədi yuyulmaq üçün Bakıdakı Göy Məscidə gətirilir və milyarder burada beş saat ərzində oğlunun yanında tək oturur. Sonra meyiti dəfn edilmək üçün Şimali Osetiyaya göndərirlər. Oğlu ilə vidalaşdıqdan sonra oliqarx Londona gedir.

1554
Teqlər:
GCM Global Energy Inc, Çingizxan Qutseriyev, Vaqif Süleymanov, Mixail Qutseriyev, Mikayıl Şişxanov, Nadir Səlifov, Mehman Kərimov, Şimali Osetiya, Moskva, Rusiya, Azərbaycan, Bakı
Əlaqədar
“Lənkəranskinin adamları - Lotu Quli” qarşıdurmasının görüntüləri yayıldı – Video
"Lotu Quli"yə qarşı sui-qəsd: Lənkəranskinin qardaşı tutuldu
"Lotu Quli"nin azadlıqda ilk görüntüsü yayıldı
"Lotu Quli"nin barəsində kimsənin bilmədiyi fakt üzə çıxdı
Lənkəranski sui-qəsdində gözlənilməz dönüş və AST Telman müəmması
Telman İsmayılov haqda şok faktlar üzə çıxdı
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya XİN: döyüşlər dərhal dayandırılmalıdır

17
(Yenilənib 14:25 21.10.2020)
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib ki, döyüşlər dərhal dayandırılmalı və dinc əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır.

BAKI, 21 oktyabr — Sputnik. Rusya Azərbaycan və Ermənistan rəhbərlərinin barışıq niyyətini alqışlayır. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən verdiyi xəbər görə, bu fikri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko səsləndirib.

"Biz hər iki tərəfin fikrini eşitdik (Azərbaycan və Ermənistan nazirlərinin Rusiya Federasiyasına səfər etməyə hazır olduqları barədə). Onların sülhə nail olmaq arzusunu alqışlayırıq", – deyə Rudenko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, döyüşlər dərhal dayandırılmalı və dinc əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır.

Bir qədər bundan əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Rusiyaya səfər etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

https://ria.ru/20201021/vizit-1580795863.html

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

28
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

28