Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada ölən azərbaycanlı gəncin nəşi vətənə gətirilir

© Photo : OXUAqşin Kərimov
Aqşin Kərimov - Sputnik Azərbaycan
Abunə olmaq
O, "Sayqa" markalı silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb

BAKI, 5 dekabr — Sputnik. Rusiyanın Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub. Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb və başından güllə yarası alan Kərimov hadisə yerində ölüb.

Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qan içində yerə uzandığını görüb. Həmin vaxt onun nəbzi hələ atırmış. Az sonra isə Aqşin keçinib.

O, "Sayqa" markalı silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb.

Azərbaycan diasporunun Samara vilayətindəki liderlərindən Məhəmməd Süleymanov mərhumun meyitinin müayinə olunduğunu deyib: "Bu gün mərhumun cəsədi dəfn olunmaq üçün Azərbaycana yola salınacaq".

Qafqazinfo isə xəbər verir ki, A.Kərimovun ailəsi ehtimal edir ki, o, bir müddətdir “Mavi balina” adlı məşhur kompüter oyununu oynayırmış. "Mavi balina" oynayanları intihara sürükləyən bir oyun kimi tanınır və bir çox ölkələrdə qadağan olunub. Belə ki, oyunun müəyyən mərhələsində oyunçudan intihar etməsi tələb edilir.

Xəbər lenti
0