Moskvada qəzet oxuyan adamlar, arxiv şəkli

Qərar verildi: qeydiyyatdan keçməyən xarici agentliklər cərimələnəcək

48
(Yenilənib 11:02 05.12.2017)
Xarici agent kimi tanınan KİV-lər hazırladıqları materialları xüsusi qaydada etiketləməli və hesabat verməlidir

BAKI, 5 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin xarici KİV-lərin və onların nümayəndələrinin qeydiyyatının başlanmasını Ədliyyə Nazirliyinə həvalə edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Hüquqi İnformasiyalar rəsmi internet portalında məlumat verilib.

Nazirlik xarici KİV-lərdən hansının xarici agentlik kimi qeydiyyata alınmasına, hansının media siyahısından çıxarılmasına qərar vermək səlahiyyətinə malikdir.

Federasiya Şurasındakı mənbənin verdiyi məlumata görə, ilk xarici agent KİV-lər bu həftədən etibarən qeydiyyatdan keçməyə başlayacaq.

"Bunlar ilk olaraq əvvəllər Ədliyyə Nazirliyinin xəbərdarlıq etdiyi on ABŞ KİV-i olacaq" – deyə mənbə RİA Novosti-yə bildirib.

Xatırladaq ki, Putin xarici agent KİV-lər haqqında sözügedən qanunu noyabrın 25-də imzalayıb. Qanun dekabrın 2-də qüvvəyə minib. Xaricdən maliyyə vəsaiti alan istənilən KİV xarici agentlik statusu ala bilər. Bu dəyişiklik Rusiya mediasına aid deyil.

Xarici agentlik kimi tanınan KİV-lər hazırladıqları materialları xüsusi qaydada etiketləməli və hesabat verməlidir. Qanunu kobud şəkildə pozmağa görə Dövlət Duması hüquqi şəxsləri 5 milyon rubl, fiziki şəxsləri isə yüz min rubl cərimələyəcək.

Sözügedən qanun ABŞ-da Rusiya KİV-lərinə qarşı görülən tədbirlərə, eləcə də "RT America" və "Sputnik" tərəfdaş şirkətinin xarici agent kimi qeydiyyata alınmasına cavab tədbiri kimi qəbul olunub.

Ədliyyə Nazirliyi artıq "Qolos Ameriki", "Kavkaz.Realii", "Krım.Realii", "Sibir.Realii", "IdeL.Realii" regional layihələrinin, "Nastoyaşeye vremya" telekanalının, "Svobodnaya Evropa/Radio Svaboda" (RSE/RS) radiosunun, "Radio Svaboda"nın (Azatlıq Radiosu)" tatar-başqırd xidmətinin və "Faktoqraf" layihəsinin xarici agentlik kimi qeydiyyata alına biləcəyini qeyd edib.

48
Teqlər:
Russia Today, KİV, Rusiya Ədliyyə Nazirliyi, Vladimir Putin, Rusiya, ABŞ
Əlaqədar
"Google"-un mədəni senzurası, yoxsa yaxşı düşünülmüş pul oyunu?
Deputat Sputnik-i hədəfə alanlardan danışdı