Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya ilə münasibətlərimiz düzələ bilər, amma bir şərtlə..."

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidABŞ-ın Rusiyadakı səfiri Con Xantsman, arxiv şəkli
ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səfir: "Ruslarla münasibətlərimizin bərpası üçün Ukrayna amili çox vacibdir"

BAKI, 4 dekabr — Sputnik. "Ukraynadakı problemin beynəlxalq hüquqa uyğun şəkildə tənzimlənməsi Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətləri bərpa edə bilər".

Sputnik Azərbaycan "Vedomosti"-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman deyib. İki dövlət arasındakı mövcud münasibətlərdən danışan və normallaşmanın şərtlərini açıqlayan diplomat vurğulayıb ki, hazırda Ukraynada vəziyyət son dərəcə qəlizdir.

"Ukrayna ABŞ ilə Rusiya arasında əlaqələrin həyatına yeni nəfəs verə biləcək yeganə məsələdir. Ruslarla münasibətlərimizin bərpası üçün Ukrayna amili çox vacibdir" — səfir vurğulayıb.

Səfir, həmçinin əlavə edib ki, iki ölkə arasında münasibətlər Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsindən sonra daha da gərginləşib.

Xəbər lenti
0