Ребенок у окна, фото из архива

Mühüm qərar verildi: onlar müavinət alacaq

138
(Yenilənib 18:41 28.11.2017)
Putinin sözlərinə görə, 3 il ərzində proqrama 144,5 milyard rubl pul ayrılacaq

BAKI, 28 noyabr — Sputnik. Rusiyada ilk uşaq doğuşu üçün aylıq ödənişlər tətbiq olunacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Uşaqlar üçün Milli Fəaliyyətin həyata keçirilməsi üzrə Koordinasiya Şurasının iclasında məlumat verib. O bildirib ki, ailələri dəstəkləmək üçün yeni ildən bir sıra tədbirlər həyata keçiriləcək.

Bu tədbirlər çərçivəsində ilk uşaq doğuşu üçün uşağın yaş yarımına qədər pul veriləcək. Putnin sözlərinə görə, bu məbləğ yaşayış minimumuna uyğun olaraq hesablanacaq. 2018-ci ilə veriləcək ödənişlər orta hesabla ayda 10523 rubl (300 manat), 2020-ci ildə 11,143 rubl (324 manat) səviyyəsində gözlənilir.

Putinin sözlərinə görə, 3 il ərzində proqrama 144,5 milyard rubl pul ayrılacaq.

138

Tu-160 raket daşıyıcısının havada yanacaqdoldurma prosesi - maraqlı video

23
(Yenilənib 11:09 15.01.2021)
Uzaq mənzilli aviasiya pilotları təyyarələrini 6000 metrdən artıq yüksəklikdə və saatda təxminən 600 kilometr sürətlə İl-78 hava tankerinə yaxınlaşdırıb.

Ümumiyyətlə, uçuş hazırlığının bu ən mürəkkəb elementini yerinə yetirmək üçün yalnız təcrübəli pilotlara icazə verilir, lakin bu dəfə manevrlərdə gənc zabitlər də iştirak edib. Təlimlərə ümumilikdə beş Tu-160 və Il-78 təyyarəsi cəlb olunub.

23
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

22
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

22
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0