Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bir qonşumuzu gözləyən təhlükə barədə digər qonşudan xəbərdarlıq

© AFP 2023 / KIRILL KUDRYAVTSEVГлава МИД РФ Сергей Лавров. Архивное фото
Глава МИД РФ Сергей Лавров. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
İran və altılıq ölkələri (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyul 14-də İranın nüvə proqramı ilə bağlı uzunmüddətli problemin həlli barədə razılıq əldə edib

BAKI, 28 noyabr — Sputnik. "İranla imzalanan nüvə sazişinin pozulmaq təhlükəsi var". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

"Konstruktiv əməkdaşlığın nümunəsi hesab elədiyimiz sazişlər, həmçinin İranın nüvə proqramı ilə bağlı razılaşma pozulmaq təhlükəsi altındadır" — nazir deyib.

Xatırladaq ki, İran və altılıq ölkələri (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyul 14-də İranın nüvə proqramı ilə bağlı uzunmüddətli problemin həlli barədə razılıq əldə edib.

Razılığa əsasən BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları ləğv edilib.

Xəbər lenti
0