Avropa əhalisi. Arxiv şəkli

Avropalılardan Rusiya seçimi

45
(Yenilənib 14:20 23.11.2017)
Avropalıların əksəriyyəti Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəyir

BAKI, 23 noyabr — Sputnik. Almaniya (87%), Polşa (85%), Fransa (79%) və Böyük Britaniya (68%) əhalisinin əksəriyəti Rusiya ilə münasibətlərin yaxın zamanda yaxşılaşmasının tərəfdarıdır. Bu, "Ifop" şirkəti tərəfindən Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu üçün keçirilən sorğu nəticəsində aydınlaşıb.

Avropa İttifaqının Rusiya ilə münasibətlərinin yaxşılaşmasına qarşı cəmi 9% AFR, 11% Fransa, 14% Böyük Britaniya və 9% Polşa əhalisi çıxır. Eyni zamanda, sorğuda iştirak edən 4% almaniyalı, 6% polşalı, 10% fransalı və 18% britaniyalı sualları cavablandırmaqda çətinlik çəkib.

Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli
© AFP 2020 / POOL / IVAN SEKRETAREV

Qeyd etmək lazımdır ki, Almaniya, Fransa və Böyük Britaniyada kişi respondent və ali təhsilli sorğu iştirakçıları Rusiya ilə əməkdaşlığa tərəfdar olduqlarını qeyd ediblər. Dörd ölkənin hər birində münasibətlərin yaxşılaşmasına daha çox 65 yaşdan yuxarı şəxslər tərəfdar çıxıblar.

Sorğu "Ifop" şirkəti tərəfindən 20-27 sentyabr tarixlərində, 18 yaşdan yuxarı 3228 respondent arasında keçirilib.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin ilk onluğuna daxildir*.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

*Liveinternet-in 1 noyabr 2017-ci il tarixinə olan məlumatlarına əsasən

45
Teqlər:
sorğu, Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu, Sputnik.Rəy layihəsi, "Ifop" şirkəti, tərəfdar, münasibət, Rusiya, Böyük Britaniya, Fransa, Polşa, Almaniya
Əlaqədar
Atakişiyev: “Avropa Birliyi malların Rusiyadan gəlməsində maraqlı deyil”
"Avropa Çindən gələn yüklərin Rusiyadan keçməsində maraqlı deyil"
Rusiya Avropa Şurasına üzvlük haqqı ödəməkdən imtina etdi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Türkiyə-Rusiya yaxınlaşmasında Avropa faktoru
 Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

8
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

8
Soyuz-FQ raketinin buraxılışı, arxiv şəkli

Maskı üstələmək: Rusiya yeni raket hazırlayır

13
(Yenilənib 17:38 07.08.2020)
Roqozin belə bir raketin 100 uçuş həyata keçirə biləcəyini izah edib. "Falcon 9" daşıyıcısı isə 10 uçuş üçün nəzərdə tutulub.

BAKI, 7 avqust — Sputnik. Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) İlon Maskın raketlərinə rəqib olacaq yeni raket yaratmağı planlaşdırır. "Soyuz-SPQ" adlı bu daşıyıcı raketin birinci pilləsi çoxistifadəli olacaq və "SpaceX" şirkətinin "Falcon 9" raketindən uçuş sayına görə üstün olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində "Roskosmos" şirkətinin baş direktoru Dmitri Roqozin bildirib.

"Biz "Soyuz-2"ni əvəz etmək üçün metanla işləyən raket yaradırıq. O, ilkin olaraq çoxistifadəli kosmik raket kompleksi kimi yaradılacaq. "SpaceX"də olduğu kimi "yarım çoxistifadəli" deyil, (tam - red.) çoxistifadəli olacaq", - Roqozin bildirib.

O, belə bir raketin 100 uçuş həyata keçirə biləcəyini izah edib. "Falcon 9" daşıyıcısı isə 10 uçuş üçün nəzərdə tutulub.

Bununla yanaşı, Roqozinin sözlərinə görə, rusiyalı mühəndislər amerikalı həmkarlarının raketinə nəzər yetirsələr də, onları təkrarlamırlar, əksinə, üstün olmağa çalışırlar.

2019-cu ilin sentyabrında "Roskosmos" məlumat verib ki, metanla işləyən mühərriklə təchiz olunmuş yeni çoxdəfəlik raketlərin hazırlanmasına çəkilən xərclər təxminən 900 milyon rubl (12,2 milyon dollar) təşkil edəcək. Onun uçuş dəyəri 40,5 milyon dollar olacaq. Yeni raket "Vostoçnı" kosmodromundan doqquz ton yükü aşağı orbitə, 2,2 ton yükü isə geo-keçid orbitinə çıxara biləcək.

13
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0