Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Əsədin görüşü müzakirə obyekti olub

© AP Photo / Evan VucciВстреча президентов США и России Дональда Трампа и Владимира Путина в ходе саммита G20, Гамбург, Германия, 7 июля 2017 года
Встреча президентов США и России Дональда Трампа и Владимира Путина в ходе саммита G20, Гамбург, Германия, 7 июля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya, İran, KXDR və Ukraynaya dair məsələlər danışıqların əsas mövzusu olub

BAKI, 22 noyabr — Sputnik. ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi bildirib. Danışıq 1 saata yaxın davam edib.

Məlumata görə, Suriya, İran, KXDR və Ukraynaya dair məsələlər danışıqların əsas mövzusu olub. Belə ki, prezidentlər Vladimir Putinlə Suriya dövlət başçısı Bəşər Əsəd arasındakı danışıqları müzakirə ediblər. Tərəflər həmçinin "başa çatmaqda olan hərbi əməliyyat" nəzərə alınmaqla Suriya böhranı ətrafında müzakirələr aparıblar.

Xəbər lenti
0