Turistlər

Dünyada ən vahiməli 8 məmləkət

198
(Yenilənib 14:02 18.11.2017)
Finlandiya, Norveç və İslandiya turistlər üçün ən təhlükəsiz ölkələr hesab edilir

BAKI, 17 noyabr — Sputnik. Turistlər üçün 2018-ci ildə qorxulu ölkələrin siyahısı açıqlanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, SOS Beynəlxalq Səhiyyə Xidmətləri Şirkəti 2018-ci ildə turistlər üçün təhlükəli ola biləcək ölkələrin xəritəsini hazırlayıb. Xəritə şirkətin rəsmi "Tvitter" səhifəsində yayımlanıb.

Xəritədə ölkələr təhlükəlilik səviyyəsinə görə, müxtəlif rənglərlə göstərilib. Xəritəyə görə, turistlər üçün ən təhlükəli ölkələr Suriya, Mali, Liviya, Yəmən, Əfqanıstan, Somali, Şimali Koreya və Cənubi Sudandır. Xəritədə bu yerlər qırmızı rənglə verilib.

Finlandiya, Norveç və İslandiya turistlər üçün ən təhlükəsiz ölkələr hesab edilir və bu ölkələr xəritədə yaşıl rənglə verilib. Amerika, Kanada, Avstraliya, Yaponiya və digər ölkələr də yaşıl rənglə işarələnib.

Rusiya isə təhlükəli ölkələr siyahısına düşüb. Xəritənin müəllifləri Rusiyanı "təhlükə riskinin dəyişkən olduğu" ölkə kimi qeydə alıblar. Braziliya və Çin də bu qəbildən ölkələr kimi göstərilib.

198
Teqlər:
rəng, ölkə, xəritə, turist, təhlükə
Əlaqədar
Bakıda qəza nəticəsində turistlər xəsarət alıblar
Bu qəza ölkənin turizm bölgəsinə gedən yolu bağlaya bilər
Burada qızlar turistə potensial ər gözü ilə baxırlar
Turizm cənnətində qadınların psixologiyasına nə təsir edir?!
Məşhur turizm cənnəti içməli su ilə təmin edildi

Vladimir Putin azərbaycanlıları mükafatlandırdı

5
(Yenilənib 21:24 16.05.2021)
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimləri təltif olunublar.

BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimlərini təltif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend yazır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Puşkin medalına, teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski "Dostluq" ordeninə layiq görülüb.

2020-ci ildə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də Vladimir Putinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdu. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarının orden və medallarla təltif olunması, eləcə də onlara mədəniyyət sahəsində fəxri adların verilməsi barədə sərəncam imzalamışdı.

5
Teqlər:
Rus Dram Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, təltif, Vladimir Putin
Rusiya polisi

Yol polisindən yenilik: qayda pozanları aşkar etməyin yeni üsulu

7
(Yenilənib 19:42 16.05.2021)
Mobil tətbiq sürücülük vəsiqəsi olmadan və ya Yol hərəkətinin təhlükəsizliyi dövlət müfəttişliyində qeydiyyatda olmayan avtomobildə yol ayrıcından keçən sürücülər barədə dərhal məlumatı mərkəzə ötürür.

BAKI, 16 may — Sputnik. Rusiyada avtomobil müfəttişləri xüsusi mobil tətbiq vasitəsilə yol hərəkəti qaydalarını pozanları aşkar etməyə başlayıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətində istifadə olunan mobil tətbiq sürücülük vəsiqəsi olmadan və ya Yol hərəkətinin təhlükəsizliyi dövlət müfəttişliyində qeydiyyatda olmayan avtomobildə yol ayrıcından keçən sürücülər barədə dərhal məlumatı mərkəzə ötürür.

Bundan sonra müfəttişlər sürücünü saxlayır, sənədləri yoxlayır və onları Müfəttişliyin məlumat bazası ilə tutuşdururlar.

Yekaterinburqda artıq yenilik sayəsində bir neçə qayda pozucusunu aşkar edilib.

Bir müddət əvvəl yolun qəza təhlükəsi olan hissələrində müfəttişlik əməkdaşlarının avtomobilləri yoxladığı halların artdığı barədə xəbərlər yayılıb.

Eləcə də oxuyun: 

* Rusiyada yol hərəkəti qaydalarına əlavələr ediləcək

Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

7
Teqlər:
sürücü, qayda pozuntusu, avtomobil, mobil, əlavə, müfəttiş, yol polisi, Rusiya
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

0
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

0