BAKI, 14 noyabr — Sputnik. Rusiyada benzinin qiyməti 2017-ci il ərzində rekord həddə qədər bahalaşıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Aİ 92" markalı benzinin qiyməti 2,3 faiz, "Aİ 95" markalı benzinin qiyməti isə 1,7 faiz bahalaşıb.
Beləliklə, "Aİ 92"nin bir tonu 42850 rubla (1230 manat, litri 1,23 manat), "Aİ 95"nin tonu 44990 rubla (1292 manat, litri 1,30 manata) çatıb.
Qeyd olunur ki, qiymət artımına səbəb keçən həftə Moskva "Qazpromneft" zavodunda əsas qurğulardan birinin fəaliyyətini dayndırması olub. Eyni zamanda, şirkət bazarda yanacaq tədarükünü azaldıb və birjadan neft almağa başlayıb.
"Qazpromneft"dən bildirilib ki, qurğuların fəaliyyəti yaxın müddətdə bərpa olunacaq.
BAKI, 22 aprel — Sputnik. Moskvanın Meşşansk məhkəməsi rusiyalı müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmışı həbs edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, Yarmış qeyri-qanuni aksiyaların təşkilinə görə həbs edilib. Məhkəmə Kira Yarmış haqqında 10 günlük həbs qərarı qəbul edib.
BAKI, 22 aprel — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopolda Qara dəniz donanmasının fəaliyyəti barədə Ukraynaya məlumatlar ötürən rusiyalını saxlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə FTX-nın yaydığı məlumatda bildirilir.
"Sevastopolda Qara dəniz Donanmasının fəaliyyəti barədə dövlət sirri hesab ediləcək məlumatları məqsədli şəkildə toplayaraq Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə ötürən şəxs saxlanılıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu cür məlumatların yayılması müdafiə qabiliyyətinə zərər vura bilər.
Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başladılıb.
BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılmışdı.
Sputnik Azərbaycan xəbər verir ki, aparıcı Zaur Baxşəliyev "Instagram" hesabında video paylaşıb. Videoda ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntülərini və verilişinin bağlanmasını məsxərəyə qoyan aparıcı izləyicilərin gülüşünə səbəb olub. Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.
Barəsində danışdığımız video izləyicilərin gülüşünə səbəb olub.
Посмотреть эту публикацию в Instagram
Xatırladaq ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalı dörd min manat məbləğində cərimələnib.