Fuad Əliyev

Azərbaycanlıya ölkədən kənarda böyük etimad göstərildi

17
(Yenilənib 11:36 08.11.2017)
Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.

BAKI, 8 noyabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin soydaşımız Fuad Əliyevə "Rusiya Federasiyasının əməkdar həkimi" adının verilməsi barədə sərəncam imzalayıb. Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev tibb sahəsindəki xüsusi xidmətlərinə görə, bu mükafata layiq görülüb.

Bu barədə Sputnik Azərbaycan-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Fuad Əliyev 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində doğulub. 1987-ci ildə Tümen Dövlət Tibb İnstitutunu bitirdikdən sonra şəhər əhalisinə təcili yardımın göstərildiyi 1 nömrəli klinik xəstəxanada çalışıb. O, ordinatordan ali kateqoriyalı cərrahadək, cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib.

Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.

17
Əlaqədar
ABŞ-da oxuyan azərbaycanlı həkim: "Amerikada təhsil əlçatmaz deyil"
Qışa necə hazırlaşmalı: Həkim məsləhəti
Tanınmış həkim intihar etdi
Daha bir azərbaycanlı uşaq həkim səhvinin qurbanı oldu