Yaponiyada qasırğa

Rusiyanın gəmisi batdı

26
(Yenilənib 11:47 23.10.2017)
Hadisə zamanı gəmidə 19 ekipaj üzvü olub

BAKI, 23 oktyabr — Sputnik. Güclü külək, Rusiyaya aid olan quru yük gəmisini, heyətlə birlikdə Yaponiya sahillərinə çırpıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Honsyu adasında yerləşən Fusiki-Toyama limanında baş verib.

Gəminin tutumu 1798 ton təşkil edir. Hadisə zamanı gəmidə 19 ekipaj üzvü olub. Onlardan heç biri xəsarət almayıb. 18 nəfər özü sahilə çıxıb, bir nəfər xilasedicilər tərəfindən xilas edilib. Gəmi isə batıb.

Bildirilir ki, gəmi adadan Rusiyaya doğru oktyabrın 27–də yol almalıymış. Hazırda adada "Lan" tayfunu davam edir, güclü yağışlar yağır. Ayrı-ayrı ərazilərdə tayfun zamanı küləyin sürəti saatda 198 kilometrə çatıb.

​Yapon hökuməti artıq Fukusima prefekturasında 81 mindən çox sakini çıxarmaq qərarı verib. Əhalinin təhlükəli sahələri tərk etməsi tövsiyə edilir və daşqından əvvəl ərazidən çıxa bilməyənlərə evlərinin damında kömək gözləmək məsləhət görülür.

Xilasedici dəstələr qayıqlarla selin başladığı ərazilərə yönəldilib. Ərazi sakinləri helikopterlərlə ərazidən çıxarılır.

Xatırladaq ki, son məlumatlara görə, "Lan" tayfunu iki nəfərin ölümünə, 86 nəfərin xəsarət almasına səbəb olub.

26
Teqlər:
"Lan" tayfu, Fukusima, liman, gəmi, Yaponiya, Rusiya
Əlaqədar
Döyüş gəmilərinin xoşməramlı səfəri
Bakıda kapitan gəmini partladacağını bəyan etdi
İkinci Dünya Müharibəsində batırılan ilk gəminin qalıqları tapıldı
Bakıya üzən gəmidə dəhşətli terrorun qarşısı alınıb
Ali Baş Komandan sərhəd gözətçi gəmisində
Sürücüsü olmayan gəmilər düzəldilir

Lavrov Bayramovla Qarabağdakı durumu müzakirə etdi

11
Tərəflər həmçinin ikitərəfli əməkdaşlığın aktual mövzuları və dünya gündəmindəki ayrı-ayrı məsələləri müzakirə ediblər

BAKI, 5 dekabr - Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağ üzrə razılaşmaların yerinə yetirilməsi prosesini müzakirə edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 9-da imzaladıqları bəyanatın yerinə yetirilməsi prosesini, o cümlədən rus sülhməramlıları ilə qarşılıqlı fəaliyyəti, həmçinin ikitərəfli əməkdaşlığın aktual mövzuları və dünya gündəmindəki ayrı-ayrı məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunur.

11
Teqlər:
telefon danışığı, Qarabağ, Ceyhun Bayramov, Sergey Lavrov
Su-57, arxiv şəkli

Sarsıdıcı inteqrasiya: Su 57 qırıcısı "Oxotnik" PUA-sı gücünü birləşdirir

32
(Yenilənib 21:48 04.12.2020)
Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Qırıcılarda süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

BAKI, 4 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Beşinci nəsil Su-57 aviasiya kompleksinin ilk buraxılışından 76 qırıcı-təyyarə dekabr ayında Rusiya Aerokosmik Qüvvələrinin döyüş xəttində öz yerini tutacaq. Hazırda poliqonda yüksək hündürlükdəki hədəfləri ələ keçirmək və məhv etmək üçün nəzərdə tutulan alqoritmləri mənimsəyən süni intellektlə idarə olunan pilotsuz təyyarə – "Oxotnik" S-70 də tezliklə havaya qalxacaq.

Bir qədər bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyindən bildirilmişdi ki, ilin sonuna kimi Rusiya Aerokosmik Qüvvələrinə beşinci nəsil Su-57-in ilk buraxılışından olan döyüş təyyarəsi veriləcək. Təyyarə demək olar ki hazırdır. Gələcəkdə istehsal həcmi illik 15 ədədə qədər artırılacaq və ümumilikdə 2021-2027-ci illər ərzində üç aviasiya alayının təchiz edilməsi üçün 76 ədəd Su-57 tədarük ediləcək.

İlk partiya qırıcı-təyyarələr birinci mərhələ mühərriki ilə buraxılır, 2025-ci ildən isə ikinci mərhələ mühərriki ilə təyyarələrin istehsalına başlanılacaq. Hər bir halda, günü bu gün də Su-57 dünyanın ən mükəmməl və güclü qırıcılarından biri hesab olunur.

Rusiyanın beşinci nəsil təyyarəsi hər növ hava, yer və yerüstü hədəfləri məhv etməyə qadirdir. Forsajsız super manevr və səsdən yüksək sürət imkanının birləşməsi, eləcə də göyərtəsinin elektron cihazlar kompleksi ilə təchizatı və tez nəzərə çarpmaması Su-57-yə yüksək döyüş effektivliyi və düşmən üzərində üstünlük əldə etmək fürsəti verir. "Military Watch Magazine"nin məlumatına görə, bu təyyarələr öz xüsusiyyətləri baxımından bənzərsizdir. Bura həssas radarlar, 400 km mənzilli hipersəsli "hava-hava" raketləri, düşmən raketlərinə qarşı lazer müdafiə sistemi və digər yüksək texnoloji üstünlüklər aiddir.

Bir qədər bundan əvvəl beşinci nəsil qırıcıları ilə bağlı geniş çeşidli aviasiya silahlarına (raket) dair böyük bir müqavilədən bəhs olunmuşdu. Yəni, Su-57-nin "boş" uçmayacağı artıq məlumdur. Beləliklə, Su-57 ağır pilotsuz təyyarələrlə birgə havadan idarə olunan döyüş komandanlığı mərkəzinə çevriləcək. İki yüksək texnologiyalı yeniliyin birgə fəaliyyətinin hansı döyüş effekti yaradacağını təsəvvür etmək çətin deyil.

Döyüş üstünlüyü

Yeni qırıcı-təyyarələr Suriyadakı rus qoşunlarının qruplaşması tərkibində sınaqdan keçirilib. Uçuş-texniki xüsusiyyətlərinin, intellektual informasiya idarəetmə kompleksinin, silahların və bütün göyərtə sisteminin yoxlanılması üçün təyyarələr ondan çox uçuş həyata keçirib.

Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

Pilotlu Su-57 qırıcısı avtomatik rejimdə tapşırıqların 90%-ni yerinə yetirə bilər və hətta əvvəlcədən hazırlanmış bir proqrama uyğun olaraq tam avtomatik rejimdə də işləmək imkanına malikdir. Pilot döyüşdə yaralanarsa (və ya öldürülərsə), idarəetmə sistemi müstəqil şəkildə prioritet hədəfləri təyin edir, vurur və həm təyyarənin, həm də pilotun bazaya qayıtmasını təmin edir.

Su-57 nəhəng ixrac potensialına malikdir və hətta yeni seriyadan olan təyyarələr satışa çıxarılmamışdan əvvəl xarici müştərilər bu qırıcılar üçün növbəyə düzülüb. Beşinci nəsil rus qırıcısının ilk sahibi, regional qonşularının hərbi hava qüvvələrinin güclənməsi fonunda 14 təyyarə sifariş edən Əlcəzair olacaq. Müqavilə qiyməti 2 milyard dollardır. Tədarükün 2025-ci ilə qədər yekunlaşması planlaşdırılır.

Zərbə əlaqəsi

Dekabrın 2-də S-70 "Oxotnik" zərbə dronu Aşuluq poliqonunda baş tutan raket hücumu imitasiyasında sınaqdan keçirilib. PUA-ların radioelektron sistemlərinin raket idarəetmə kompleksi və aparıcı Su-57 təyyarəsi ilə inteqrasiyası yoxlanılıb. Beləliklə, "Oxotnik" dünyada ilk pilotsuz qırıcı-təyyarə olmağı vəd edir. Təlim mərhələsində PUA hava vəziyyəti və hədəflərlə bağlı bütün məlumatları yerdən və ya aparıcı qırıcı-təyyarədən alacaq. Gələcəkdə avtonom döyüş istifadəsi də mümkündür.

Bir ağır PUA öz "intellekti" və qabiliyyəti sayəsində altı min tondan çox raket və bombanı 5000 km məsafəyə qədər çatdıra bilər. Beləliklə, "Oxotnik" PUA-sının Su-57 qırıcısı ilə sarsıdıcı ittifaqı ən yüksək texnoloji gücə sahib düşmənə belə aman verməyəcək. Rusiyanın Pavel Suxoy adına Sınaq Konstruksiya Bürosunun istehsalı olan az nəzərəçarpan "Oxotnik" dronu Rusiya Aerokosmik Qüvvələrinin zərb funksiyasına malik ilk ağır dronu olacaq. Açıq mənbələrin məlumatına görə, PUA-nın uzunluğu 19 metr, qanadlarının uzunluğu 14 metr, uçuş ağırlığı 20 ton, saatda maksimum sürəti isə təxminən 1000 kilometrdir.

"Oxotnik" PUA-sı təxminən 20 dəqiqəlik ilk uçuşunu 2019-cu ilin yayında həyata keçirib. Dron havada möhkəm dayanaraq qənaətbəxş şəkildə idarə olunub. Həmin ilin payız aylarında isə "Oxotnik" dronu ilə Su-57 qırıcısının birgə uçuşu baş tutub. Ağır dronun döyüş imkanları və muxtar idarəetmə qabiliyyəti daim inkişaf etdirilərək 2020-ci ildə nəzərəçarpacaq texnoloji təkamül səviyyəsinə çatdırılıb. Yaxın perspektivdə "Oxotnik"in müxtəlif şəraitdə hava, yerüstü və sualtı hədəflərə zərbə vurma imkanları da təkmilləşdiriləcək. Qeyd edək ki, indiyə kimi heç bir ölkə PUA-larla inteqrasiya olunmuş qırıcı-təyyarələrə sahib deyil, odur ki indi Rusiyanın "tərəfdaşları" qəzəbdən zəncir çeynəyir desək, yəqin ki, yanılmarıq...

32
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

0
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

0
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik