Siqaret çəkən adam, arxiv şəkli

Siqaret çəkənlərə yeni vergi gəlir

726
(Yenilənib 00:51 21.10.2017)
Səhiyyə Nazirliyi "siqaretə ekologiya vergisi"nin tətbiqini təklif edib

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Səhiyyə Nazirliyi "siqaretlərə ekoloji vergi"nin tətbiqini təklif edib.

Bu təşəbbüs 2020-ci ilə qədər tütün məhsullarının istehlakına qarşı dövlət siyasəti konsepsiyasının layihəsində əksini tapıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, layihədə vergi "ekologiya vergisi" kimi əksini tapıb. Lakin bu anlayışın özündə nəyi ehtiva etdiyi açıqlanmır. Bununla belə, söhbətin ilk növbədə siqaret kötüklərindən getdiyi ehtimal olunurdu. Çünki siqaret kötükləri ətraf mühiti çirkləndirir və hazırda Rusiyada əsas zibil tipi hesab olunur.

Konsepsiya eyni zamanda siqaretlə mübarizəyə dair digər maliyyə tədbirlərini nəzərdə tutur. Bura tütün məhsullarının aksiz markalarının qiymətinin qaldırılması, bütün növ tütün məhsullarının vergilərsiz və rüsumsuz satışına qadağa qoyulması da daxildir. Eyni zamanda siqaret istehlakçıları ekologiyanı korladıqlarına, ətraf mühitə zərər verdiklərinə görə, "ekologiya vergisi" ödəməli olacaqlar. Sonuncu, siqaretin satışına tətbiq ediləcək kart sistemi ilə tənzimlənəcək. 

Bu tədbirlərin köməyilə Səhiyyə Nazirliyi Rusiyada tütün məhsullarından istifadənin həcmini azaltmaq istəyir. Hazırda bu məhsullardan istifadənin həcmi 30,9 faizdir. 2022-ci ildə isə bu rəqəmi 25%-ə qədər endirməyə çalışırlar. Nazirlik ümid edir ki, bununla da ölkədə siqaretlə əlaqədar olan xəstəliklərdən ölüm nisbətini azalda biləcəklər.

Rusiyada vergi və xərclərə Maliyyə Nazirliyi cavabdehdir. Nazirlik bu məsələ ilə bağlı jurnalistlərin suallarına cavab verməyib. Bununla belə, artıq 2018-ci ilin aksizləri ilə bağlı məsələ həllini tapıb. Aksizlərin qiyməti inflyasiyanın həddinə uyğun olaraq inkişaf edəcək. Hazırda tütün şirkətləri iki tip vergi ödəyirlər: aksiz və əlavə dəyər vergisi. Daha bir verginin ödənilməsi siqaretin qiymətlərinin qalxmasını qaçılmaz edəcək.

Səhiyyə naziri Veronika Skvortsova daha əvvəl bildirmişdi ki, nazirlik tütün məhsulları ilə mübarizə üçün bır sıra təkliflər hazırlayır. Amma onun sadaladığı tədbirlər arasında vergi nəzərdə tutulmamışdı.

726
Teqlər:
Səhiyyə Nazirliyi, Rusiya
Əlaqədar
"Mənim övladımın siqaret çəkməsindən kimə nə?"
Daha 5 adda siqaret ucuzlaşdı
Siqaret çəkilməsinə gizli şərait yaradan müəssisələri nə gözləyir?
Milli Məclis siqaret müzakirələrini yekunlaşdırdı
"İndi gəl, sərxoş müştəriyə başa sal ki, burada siqaret çəkmək olmaz!"