Vladimir Putin

Putindən ABŞ-a nüvə xəbərdarlığı: "Əgər geri çəkilsəniz..."

668
(Yenilənib 11:53 20.10.2017)
"Bu saziş, əslində SSRİ-ni tam silahsızlaşdırmaq üçün idi"

BAKI, 20 oktyabr — Sputnik. "Əgər Amerika Birləşmiş Ştatları, "Orta Mənzilli Nüvə Gücü" sazişindən geri çəkilsə, Kreml buna dərhal cavab verəcək". Sputnik xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin, Soçi şəhərində keçirilən Valday forumundakı çıxışı zamanı deyib.

"Rusiya vaxtilə imzalanan sazişdə göstərilən bütün öhdəlikləri yerinə yetirir. Ölkəmiz raket sistemini gücləndirdiyi üçün təqsirləndirilir. Biz, əsasən hava və dənizdə bu gücümüzü artırırıq. 1987-ci ildə imzalanan nüvə sazişi isə sadəcə quru sahəsini əhatə edir" — Putin bildirib.

"Hələ o zamanlar Amerikanın dənizdə və havada bu cür güclü inkişaf etmiş raket sistemləri var idi. SSRİ-də isə yox. Sovetlərin ancaq quruda belə gücü var idi. Onu da müqavilə ilə üstündən xətt çəkdilər. Yəni o dövrdə imzalanan saziş, əslində SSRİ-ni tam silahsızlaşdırmaq üçün idi. Əgər indi ABŞ quru sahəni əhatə edən nüvə sazişindən çəkilsə, Rusiya buna adekvat cavab verəcək" — Kreml rəhbəri əlavə edib.

Xatırladaq ki, quruda nüvə başlıqlı raketlərin inkişafına qadağa qoyan saziş 1987-ci ildə, SSRİ-nin o zamanki rəhbəri Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmışdı.

668
Teqlər:
ABŞ, silah, SSRİ, Vladimir Putin, Rusiya, Kreml, "Orta Mənzilli Nüvə Gücü" sazişi, Amerika Birləşmiş Ştatları
Əlaqədar
Rusiya ABŞ-a "od püskürdü": Sizinki artıq həyasızlıqdır
ABŞ Rusiya vətəndaşlarına viza verilməsini dayandırır
Politoloq: “Rusiya - ABŞ münasibətlərində gərginlik hər zaman olacaq”
Rusiya bundan sonra ABŞ-la onun öz dilində danışacaq
ABŞ-dan Rusiya ilə bağlı mühüm qərar
ABŞ və Rusiya liderləri Ərdoğandan əl çəkmədilər