Yanğın, arxiv şəkli

Ticarət mərkəzində güclü yanğın

62
(Yenilənib 16:28 28.09.2017)
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

BAKI, 28 sentyabr — Sputnik. Çeçenistanın paytaxtı Qroznıda yanğın baş verib. Hadisə "Berkat" ticarət mərkəzində yaşanıb. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın 400 kvadrat metr sahəni külə çevirib. Yanğınsöndürənlər çox gec olmadan alovu söndürə biliblər. Məlumata görə, xəsarət alan olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

62
Teqlər:
"Berkat" ticarət mərkəzi, Qroznı, Çeçenistan, yanğın
Əlaqədar
Azərbaycandakı meşə yanğını söndürülüb
Şəhərin mərkəzindəki otel yanıb
Azərbaycanda məşhur şirkət yanır - VİDEO
Meşə yanğınlarında yaralananlar var
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

11
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

11
Teqlər:
sülhməramlılar, Rusiya, Mina
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

17
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

17
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0