Rusiya XİN

Rusiya "Kürdüstan" məsələsinə nöqtə qoydu

1617
(Yenilənib 14:52 27.09.2017)
Rəsmi Moskva referendumu tanımadığını bəyan etdi

BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi (XİN), İraqın şimalında Kürdüstan Muxtar Vilayətinin keçirdiyi müstəqillik referendumuna dair bəyanat yayıb. Sputnik xəbər verir ki, bəyanatda, Rusiyanın İraqın ərazi bütövlüyünə tam dəstək verdiyi, referendumu tanımadığı qeyd olunur.

"Hazırda onsuz da Yaxın Şərqdə problemlər çoxdur. Belə bir zamanda referendum keçirilməsi regiondakı vəziyyəti daha da çıxılmaz hala salır. İraqın və digər bölgə dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə dəstəyimiz davam edir" — Rusiya XİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı referendum keçirilib. Səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.

Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir. İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.

1617
Teqlər:
Kürdüstan Muxtar Vilayəti, İraqın şimalı, XİN, Rusiya, referendum
Mövzu:
Separatçı referendumlar dalğası (38)
Əlaqədar
Türkiyədən "Kürdüstan" məsələsində geri addım
Sadıxov: “Kürdüstanın nefti Türkiyə ərazisindən keçməyəcəksə, onlar boğulacaqlar”
İspaniyadan "Kürdüstan"a maraqlı telefon zəngi
Azərbaycanlı məmur "Kürdüstan"ı dəstəklədi, hüquq-mühafizə orqanları hərəkətə keçdi
"Hizbullah" "Kürdüstan"ı hədələdi: Dərhal bu yanlışdan geri dönməsələr...
Kürdlərin referendumu bitdi, ilkin nəticələr açıqlandı