Telefon, arxiv şəkli

Anonim zənglər paytaxtı ayağa qaldırdı, vətəndaşlar təxliyyə edilir

469
(Yenilənib 16:10 22.09.2017)
Rusiya şəhərlərini bomba həyəcanı bürüyüb, əhalinin təxliyəsi davam edir

BAKI, 21 sentyabr — Sputnik. Moskva vilayətində artıq neçə gündür yaşanan həyəcanlı anlar bu gün də davam edib. Anonim zənglərdən sonra Rusiya paytaxtının 10 qəsəbəsində yerləşən idarələrdə təxliyə işləri aparılıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, həmin idarələrin binasına bomba qoyulması barədə polisə zənglər daxil olub. Təxliyədən sonra xüsusi qüvvələr tərəfindən binalarda axtarışlar başlayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın 12 şəhərində ümumilikdə 108 binadan 32 min nəfər təxliyə olunub. Srağagün isə Rusiyanın müxtəlif şəhərlərində 100 minə yaxın insan bomba ilə bağlı zənglər ucbatından təxliyə edilib.

Müxtəlif inzibati binalarda və ticarət mərkəzlərində "minalanma" təhlükəsi ilə bağlı anonim zənglər ikinci həftədir ki, Rusiya ərazisində davam edir. Güc strukturlarının nümayəndələri bu zənglərlə bağlı bütün obyektlərdə yoxlamalar aparıblar. Amma partlayış təhlükəsi ilə bağlı xəbərdarlıqların heç biri təsdiqini tapmayıb.

Ötən həftə hüquq-mühafizə orqanları bildirib ki, müəyyən ərazilərin minalanması ilə bağlı anonim zəngləri Rusiyada qadağan olunmuş İŞİD terror qruplaşmasının üzvləri edirlər. Anonim zənglərin icraçıları xaricdən Rusiyanın hüquq-mühafizə orqanları ilə əlaqə saxlayırlar. Odur ki, onlarla bağlı axtarış elan ediləcək.

"Prezident Vladimir Putin vəziyyətlə bağlı məlumatlandırılıb. Hazırda günahkarların axtarışı ilə bağlı bütün tədbirlər görülür" — deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

469
Teqlər:
bomba həyəcanı, Moskva vilayəti, təxliyə, insan, Rusiya
Əlaqədar
Stadionda 50 kiloqram ağırlığında bomba tapıldı
Paytaxtda "bomba" həyəcanı: 20 mindən artıq adam təxliyə olundu
NATO qırıcıları mülki vətəndaşları bombalayıb
Parlament binası bombalandı
Rusiya yeni nəsil bombardmançıların istehsalına başlayır
Veteran medalı, arxiv şəkli

Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişikoronavirusdan sağaldı

4
(Yenilənib 20:46 11.07.2020)
Terapiya təxminən üç həftə davam edib. Yaşlı infeksiyanı ağır keçirib, vəziyyəti onun ürək problemləri mürəkkəbləşdirib.

BAKI, 11 iyul — Sputnik. Rusiyanın Yekaterinburq şəhərindəki 40 saylı xəstəxananın həkimləri koronavirusa yoluxmuş 93 yaşlı Böyük Vətən müharibəsi veteranını sağaldıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, klinikada təqaüdçüyə ağciyərlərinin 50 faizinin zədələnməsi ilə ikitərəfli virus sətəlcəmi diaqnozu qoyulub.

Terapiya təxminən üç həftə davam edib. Yaşlı infeksiyanı ağır keçirib, vəziyyəti onun ürək problemləri mürəkkəbləşdirib. Bundan əlavə o, ahıl yaşlarına görə stasionarda qalmaqdan böyük stress keçiririb.

Lakin həkimlər onu həm COVID-19-dan, həm də sətəlcəmdən tamamilə müalicə edə biliblər.

Veteranın 1927-ci ildə anadan olduğu, müharibə zamanı dəmir yolu qoşunlarında xidmət etdiyi bildirilir. Sonradan karyerasını orduda davam etdirib.

İyulun 6-da Yakutiya xəstəxanasından 97 yaşlı veteranın buraxıldığı barədə məlumat verilib. O da həmçinin koronavirusa yoluxub və ağciyərlərinin 50 faizi zədələnib.

4
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirus xəstələrinin sayı 720 mini keçdi

3
(Yenilənib 12:12 11.07.2020)
Son sutkada 188 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 11 205 nəfərə yüksəlib. Ümumilikdə 497 446 pasiyent koronavirusdan sağalıb

BAKI, 11 iyul – Sputnik. Rusiyada son sutka ərzində koronavirusa 6 611 yeni yoluxma halı qeydə alınıb.

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 720 547 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 188 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 11 205 nəfərə yüksəlib.

Ümumilikdə 497 446 pasiyent koronavirusdan sağalıb

3
Ada, arxiv şəkli

Gəl ay müştəri! Şotlandiyada mənzil qiymətinə ada satılır

0
(Yenilənib 21:32 11.07.2020)
20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Bura tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

BAKI, 11 iyul — Sputnik. Şotlandiyada İnçkonnakan (Inchconnachan) adlı yaşayış olmayan ada satışa çıxarılıb. Sputnik Azərbaycan "Metro" nəşrinə istinadən xəbər verir ki, ada 500 min funt sterlinqə (1 milyon manata), yəni Londonda mənzil qiymətinə təklif edilir.

Ada Lomond gölünün mərkəzində yerləşir. Onun qalın bitki örtüyü ilə əhatə olunan ərazinin sahəsi 42 hektardır. 20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Beləliklə, bu, tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

Adada 1920-ci illərdə tikilmiş kiçik bir taxta ev də var. Bina təmir edilə bilmədiyi üçün, onun sökülməsinə və beş yataq otağı olan yeni bir evin tikintisinə razılıq verilib. Bundan əlavə, adada kiçik bir daxma, qayıq stansiyası və qayıqların yan alması üçün körpü tikmək planlaşdırılır.

0