Yanacaqdoldurma məntəqəsi

Benzinin qiyməti 1.40 manat olacaq

1983
(Yenilənib 14:34 19.09.2017)
Hökumət benzinin aksizlərini qaldırmaq təkliflərinə baxacaq

BAKI, 18 sentyabr — Sputnik. Rusiya hökuməti bu gün benzinin aksizlərini qaldırmaq təkliflərinə baxacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu maliyyə naziri Anton Siluanov bildirib. "Təklif razılaşdırılıb" — deyə nazir bildirib.

Qiymət artımı iki mərhələdə olacaq: yanvarın 1-dən və iyulun 1-dən. Hər dəfə də qiymət 50 qəpik artacaq. Bazar ertəsi "Vedomosti" xəbər vermişdi ki, 2018-ci ildə Rusiyada yanacağın 1 litrinin orta qiyməti 40 rubla (təqribən 1.40 manat) qədər qalxacaq. Nəqliyyat Nazirliyi əldə edilən vəsaitləri Kalininqrad vilayətində "Dənizkənarı dairə" trassının tikintisinin başa çatdırılmasına yönəldilməsini təklif edib. Bu vəsaitlərə digər iddiaçı isə Krımdakı "Tavrida" federal trassıdır.

Vergilərin artması nəticəsində büdcəyə 55-60 milyard rubl vəsaitin daxil olacağı gözlənilir. Aksizlərin qiymətlərinə təklif olunan artım qanunda nəzərdə tutulandan yüksəkdir. Vergi Məcəlləsində inflyasiyanın indeksləşdirilməsi dörd faiz müəyyənləşdirilib (misal üçün, 1 litr benzin üçün 30 qəpik, 1 litr dizel üçün 23 qəpik).

Aksizlər haqqında nəyi bilməli?

Aksiz məhsulun qiymətindən asılı olan dolayı verginin bir formasıdır. Onlar daimi tələbatın olduğu mallara şamil edilir. Aksizləşdirilən malların siyahısı Vergi Məcəlləsində müəyyən edilib. Bu malların siyahısına, həmçinin tütün məhsulları, alkoqol, benzin və minik avtomobilləri də daxildir.

Bir çox malların aksizlərinin dəyəri onun yarısının, bəzən də üçdə ikisinin dəyəri qədər olur. Alkoqol və tütün üçün aksiz vergisinin ödənilməsi qablaşdırmanın üzərindəki aksiz möhürü ilə təsdiqlənir.

Aksiz eyni zamanda məhsulun minimal qiymətlərinin tənzimləyicisi rolunda da çıxış edə bilər. Misal üçün, 2009-cu ildən 2016-cı ilə qədər 1 litr arağın aksizləri 191 rubldan 500 rubla qədər artıb. Bu səbəbdən də, dövlət ucuz saxta spirtlərin satışı ilə mübarizə aparır.

1983
Teqlər:
Anton Siluanov, aksiz, benzin, Rusiya, hökumət
Əlaqədar
Vəzifəli şəxsdən benzin açıqlaması
Benzinin qiyməti yenə qalxdı
Benzin bahalaşdı, amma əvəzində...
Rüsum 200 dəfə azaldıldı: benzin ucuzlaşacaq?
Hökumət 92 oktanlı benzinlə bağlı daha bir qərar verdi

Putindən Ərdoğanla bağlı xoş sözlər: "Belə etibarlı tərəfdaşla işləmək xoşdur"

34
Rusiya lideri: "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı".

BAKI, 22 oktyabr - Sputnik. "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Putin Valday klubunda onlayn çıxışı zamanı deyib.

"Ərdoğan dedi biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, biz onunla çox qısa zamanda “Türk axını” layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqillik və suveren iradə göstərib ona xeyir gətirəcək "Şimal axını-2" layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik", - deyə Putin vurğulayıb.

34
Əlaqədar
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Putin ümid edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək

Putin ümid edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək

20
Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və nizamlanmaya yardım göstərəcəklər.

BAKI, 22 oktyabr - Sputnik. "Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday klubu forumunda onlayn çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini şərh edərkən deyib. 

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və nizamlanmaya yardım göstərəcəklər. Daha yaxşısına ümid edəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

20
Əlaqədar
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Yəhudilər, arxiv şəkli

Azərbaycanın yəhudi icması dünya yəhudilərinə müraciət etdi: Azərbaycanın yanında dayanın!

0
(Yenilənib 23:09 22.10.2020)
Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin

BAKI, 22 oktyabr - Sputnik. Azərbaycandakı yəhudi cəmiyyətləri dünya yəhudilərinə və yəhudi təşkilatlarına müraciət ünvanlayıb.

Yəhudi icmasından Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan zəngin tarixə mədəniyyətə və multikultural dəyərlərə malik bir ölkədir. Bu ölkədə qanunlara riayyət edən hər kəs milliyyətindən, irqindən asılı olmayaraq sülh və təhlükəsizlikdə yaşayır. Biz, Azərbaycan yəhudiləri burada təxminən 2000 ildir ki, sülh və təhlükəsiz şəraitdə yaşayırıq. Tam əminliklə deyə bilərik ki, azərbaycanlılar çox sülhsevər, dinc, tolerant və muktikultural dəyərlərə çox sadiq insanlardır. Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri və bağçaları fəaliyyət göstərir. Bizim ölkədə müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik içərisində yaşayır. Azərbaycan dövləti etnik azlıqlar da daxil olmaqla öz vətəndaşlarına qarşı çox tolerant və qayğıkeşdir.

Lakin biz qeyd etməliyik ki, artıq 30 ilə yaxındır ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların arasında düşmənçilik toxumu səpməyə cəhd edib, lakin bu əməlindən faydalana bilməyib. Müharibə zonasında verdiyimiz şəhidlərimizlə yanaşı  Ermənistan hökumətinin mülki əhaliyə qarşı törətdiyi cinayətlər və təxribatlar bizim birliyimizin bağlarını və aramızdakı qardaşlığı daha da gücləndirib. 

Biz çox təəssüflə qeyd edirik ki Ermənistan hökumətinin bizim mülki və hərbi infrastrukturlarımıza qarşı və həmçinin Azərbaycan vətəndaşlarına qarşı davamlı təxribatlar törətməkdən əl çəkmək niyyətində olmadığı aşkardır.  Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozdu və təmas xəttində yerləşən azərbaycanlı mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan və artilleriya qurğularından intensiv şəkildə atəşə tutdu. Buna cavab olaraq  Azərbaycan ordusunun bu günə qədər davam edən uğurlu əks hücumu nəticəsində Azərbaycan ordusu Ermənistanın işğalı altında olan ərazilərinin nəzərəçarpacaq bir qismini azad edib.

Hərbi uğursuzluqlarını həzm edə bilməyən Ermənistan silahlı qüvvələri münaqişə zonasından kilometrlərlə uzaq olan Azərbaycan şəhərlərinə raket zərbələri endirdi. Burada xüsusilə Gəncə şəhəri qeyd olunmalıdır, Gəncədə bu gün böyük Yəhudi icması yaşayır. İki dəfə raket hücumuna məruz qalan Gəncədə çox sayda mülki şəxslər həlak oldular.  Bütün bunlara rəğmən biz bəzi Yəhudi  təşkilatlarının bu gün də humanitar hüququ pozaraq regionda sülh və sabitliyi gözardı edən təcavüzkar ölkə Ermənistanla bağlı doğru məlumatlara sahib olmamaqla əlaqəli xəbərlərdən çox məyusuq və bu bizi çox narahat edir. Azərbaycanda yaşayan Yəhudi icmaları olaraq biz əziz soydaşlarımız sizə müraciət edirik.

Dünya ictimaiyyətini yanıltmağa yönəlmiş yanlış məlumatlandırma da daxil olmaqla təcavüzkar Ermənistanın təxribatlarına inanmayın, dost Azərbaycan xalqının və hökumətinin ədalətli mübarizəsində onların yanında dayanın və Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin".

Qeyd edək ki, müraciəti Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycan Aşkenazi Yəhudi İcmasının sədri Aleksandr Şarovski, Azərbaycanın Gürcü Yəhudi İcmasının sədr müavini Rabbi Zamir İsayev və Azərbaycanda Amerika Yəhudi Təşkilatının "Vaad L'hatzolas Nidchei Yisroel" direktoru Rabbi Şmuel Siman Tov imzalayıb.

0
Əlaqədar
Yəhudiləri niyə sevməliyik?
Yəhudilər Qarabağda Azərbaycanın qələbəsi üçün dua etdilər
Yəhudilər Azərbaycana təşəkkür etdilər
Azərbaycanlı çobanın eşqinə yəhudilər heyran oldular