Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən sərt xəbərdarlıq: "Şimali Koreya ilə müharibə dünya üçün fəlakət olar"

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidi Vladimir Putin "BRİKS" ölkələrinin Çinin Şiamin şəhərində keçirilən liderlər zirvəsindəki çıxışı zamanı
i Vladimir Putin BRİKS ölkələrinin Çinin Şiamin şəhərində keçirilən liderlər zirvəsindəki çıxışı zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
"KXDR-yə qarşı sanksiyaları faydasız və səmərəsiz hesab edirik"

BAKI, 6 sentyabr — Sputnik. "Şimali koreyalılar ac qalmamaq üçün ot yeyərlər, ancaq nüvə proqramından imtina etməzlər". Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin "BRİKS" ölkələrinin Çinin Şiamin şəhərində keçirilən liderlər zirvəsindəki çıxışı zamanı deyib.

Kreml rəhbəri qeyd edib ki, Pxenyanı nüvə proqramından imtina etdirmək mümkünsüzdür. Putin, həmçinin Koreya Xalq Demokratik Respublikasının son ballistik raket sınaqlarını da pisləyib.

Lakin prezident qeyd edib ki, Pxenyana qarşı hərbi güc tətbiq etmək qlobal fəlakətə gətirib çıxaracaq: "Biz KXDR-yə qarşı sanksiyaları faydasız və səmərəsiz hesab edirik. Dostlarımız hərbi isteriya yaratmaqdansa, problemin həlli ilə məşğul olmalıdırlar".

Xəbər lenti
0