Moskvada bayram namazı, 1 sentyabr 2017-ci il

Moskvada 200 min müsəlman namaza durdu

45
Namaz qılanların təhlükəsizliyini təmin etmək üçün minlərlə polis, həmçinin milli təhlükəsizlik qvardiyaları cəlb olunub

BAKI, 1 sentyabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada iki yüz mindən artıq müsəlman bayram namazı qılıb. Bu barədə Sputnik-ə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.

​Namaz qılanların təhlükəsizliyini təmin etmək üçün minlərlə polis, həmçinin milli təhlükəsizlik qvardiyaları cəlb olunub. Bəzi avtomobil yolları bayram namazı səbəbilə qapadılıb. XİN-in məlumatına görə indiyədək heç bir xoşagəlməz hadisə yaşanmayıb.

45
Teqlər:
bayram namazı, müsəlman, Moskva, Rusiya
Əlaqədar
Azərbaycanda “Qurban bayramı”: qurban kəsmək ritualı
Dövlət qurumu bayramın ikinci günü üçün əhalini xəbərdar edir
Bayram gününə keçən gecə atışma olub
Qurban bayramında paytaxtda terror törətmək istəyənlər tutuldu

Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO

18
(Yenilənib 21:01 30.11.2020)
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

18
Teqlər:
dəmiryolu, Rusiya, Azərbaycan, sülhməramlılar
Rusiya hökumətinin rəhbəri Mixail Mişustin, arxiv şəkli

Paşinyan indi Rusiyanın Baş nazirinə zəng etdi

20
(Yenilənib 18:28 30.11.2020)
Mişustin, həmçinin Paşinyanı məlumatlandırıb ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının növbəti iclasının videokonfrans formatında keçirilməsi ilə bağlı Aİİ-nin komissiyasına müraciət edib.

BAKI, 30 noyabr — Sputnik. Ermənistanın və Rusiyanın baş nazirləri – Nikol Paşinyan və Mixail Mişustin arasında telefon danışığı baş tutub. Sputnik Ermənistan xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinə dair bir sıra məsələləri müzakirə ediblər.

Mişustin, həmçinin Paşinyanı məlumatlandırıb ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının növbəti iclasının videokonfrans formatında keçirilməsi ilə bağlı Aİİ-nin komissiyasına müraciət edib.

20
Teqlər:
telefon danışığı, Mixail Mişustin, Nikol Paşinyan, Rusiya, Ermənistan
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın