RF Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları

Qurban bayramında paytaxtda terror törətmək istəyənlər tutuldu

827
İkinci şəxs özünü partlatmağa hazırlaşırmış. Onun yaşadığı yerdə əldəqayırma bomba tapılıb.

BAKI, 31 avqust — Sputnik. Moskva regionunda sentyabrın 1-nə terror aktları hazırlayan iki nəfər həbs edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə RF Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzindən bildirilib.

Tutulanların hər ikisi Mərkəzi Asiyadan gələnlərdir. Onlardan biri bəyan edib ki, İŞİD terror qrulaşmasının üzvüdür və insanlara soyuq silahla hücum etməyi planlaşdırıb. İkinci şəxs özünü partlatmağa hazırlaşırmış. Onun yaşadığı yerdə əldəqayırma bomba tapılıb.

Qeyd edək ki, sentyabrın 1-i Rusiyada bilik günü kimi qeyd edilir. Bundan əlavə, bu il Qurban bayramı da bu günə təsadüf edir.

827
Teqlər:
terror aktları, region, Moskva
Əlaqədar
İzmirdə terror: ərazi mühasirəyə alındı
Azərbaycanda anti-terror əməliyyatı: təhlükəli terrorçu məhv edildi
Avtomobil terroru ssenarisi bu dəfə Fransada
Polis əməliyyat keçirdi: 5 terrorçu zərərsizləşdirildi