İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə, arxiv şəkli

Putin-Netanyahu görüşünün ilginc detalı üzə çıxdı

62
İran hökuməti Bəşər Əsədin Suriyada postda qalmasının özləri üçün "qırmızı xətt" olduğunu dəfələrlə açıqlayıb

BAKI, 31 avqust — Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə 23 avqustda Soçidə keçirdiyi görüşün pərdə arxası üzə çıxıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Netanyahu Putinə, "əgər İran Suriyada güclənməyə davam edərsə, Bəşər Əsədin sarayını vurarıq" deyib.

Ərəb və İsrail mətbuatında yayılan iddialara görə, Netanyahu Putinə İran mövzusunda ciddi xəbərdarlıq edib. Moskvanın Tehrana dəstəyindən ciddi narahatlıq duyulduğu bildirilib.

Qeyd edək ki, İran hökuməti Bəşər Əsədin Suriyada postda qalmasının özləri üçün "qırmızı xətt" olduğunu dəfələrlə açıqlayıb.

62
Teqlər:
Benyamin Netanyahu, Vladimir Putin, İsrail, Rusiya
Əlaqədar
Putin Netanyahu və Ərdoğanla görüşəcək