Vladimir Putin

Vladimir Putin orta məktəbdə dərs deyəcək

37
Prezident sentyabrın 1-də, dərslərin açılış günü Yaroslavl məktəblərindən birində müəllimlik edəcəyini açıqlayıb

BAKI, 29 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də, dərslərin açılış günü Yaroslavl məktəblərindən birində müəllimlik edəcəyini açıqlayıb. Sputnik Azərbaycan "Gazeta"-ya istinadən xəbər verir ki, bu barədə Kremlə yaxın mənbə məlumat verib.

Vladimir Putinin Yaroslavl şəhər məktəblərinin birində çıxış etməsi də planlaşdırılır.

37
Teqlər:
müəllim, məktəb, Yaroslavl, Vladimir Putin, Rusiya prezidenti
Əlaqədar
"Putin planı", birtərəfli güzəşt və zəmanət tələbi...
Netanyahu İrandan Putinə şikayət edib
Putinin varisi kim ola bilər?
Putinin Amerikaya elçi göndərəcəyi şəxs bəlli oldu
Putinə Rusiya paytaxtını köçürmək təklif edildi
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

1
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

26
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

26