Rusiya Maliyyə nazirliyinin binası

Rusiya SSRİ-nin bütün borclarını ödədi

24
Rusiya, Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra xarici, əsasən də Qərb ölkələrinə olan 66 milyard dollarlıq borcun məsuliyyətini öhdəsinə götürmüşdü

BAKI, 22 avqust — Sputnik. Rusiya, Bosniya-Herseqovinaya 125 milyon dollar ödəyərək Sovetlər Birliyindən qalan bütün borcların bağladığını elan edib. Sputnik xəbər verir ki, məlumatı Rusiya Maliyyə Nazirliyi yayıb.

Qeyd edək ki, Rusiya, Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra xarici, əsasən də Qərb ölkələrinə olan 66 milyard dollarlıq borcun məsuliyyətini öhdəsinə götürmüşdü. Son illər neftin qiymətinin düşməsi səbəbindən, Rusiya xarici borcunu tam bağlamaqda çətinlik çəkirdi.

24
Teqlər:
Sovet İttifaqı, borc, Rusiya, dollar
Əlaqədar
“Türkiyə sərhəd mühafizəsini SSRİ-dən öyrənsin”
SSRİ rəhbərliyinin kağız üzərində qalmış növbəti qərarı
Zaqafqaziyanın ilk SSRİ xalq artisti
Rusiya SSRİ-dən qalma xarici borcunu tam bağlayır
SSRİ-nin "fatihə"sinin verildiyi gün
Bütün SSRİ-ni lərzəyə salan azərbaycanlılar