Застолье, фото из архива

Əlbir olub azərbaycanlı, özbək qırğız ilə, zəhərlədilər...

1202
Omskda insan həyatı üçün təhlükəli spirtli içki istehsalıyla məşğul olan azərbaycanlılar saxlanılıb

BAKI, 15 avqust — Sputnik. Rusiyanın Omsk vilayətində kustar üsulla spirtli içki istehsalı və satışı ilə məşğul olan 3 azərbaycanlıya qarşı cinayət işi açılıb.

"Report" xəbər verir ki, Azərbaycan vətəndaşları Qırğızıstan və Özbəkistan vətəndaşları ilə birgə mütəşəkkil cinayətkar qruplaşma yaradaraq mərkəzi sinir və tənəffüs sistemlərinə, mədə-bağırsağa, qaraciyər və böyrəyə mənfi təsir edə bilən zərərli alkoqolun istehsalı və satışı ilə məşğul olublar.

İstintaq zamanı dəstə üzvlərindən içərisində zərərli spirtli içkil olan 10 mindən çox şüşə qab, eləcə də avadanlıq, saxta federal xüsusi və aksiz markaları aşkarlanıb.

Dəstə üzvlərindən biri günahını etiraf edib. Məhkəmə dəstə üzvlərinə həbs qətimkan tədbiri seçib. Onlar istehlakçıların həyatı və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən mallar və məhsulların istehsalı, qeydiyyat və lisenziya olmadan qanunsuz sahibkarlıq, satış məqsədilə istehsal, əldə etmə, saxlama, daşınma və markalaşdırma olmadan məhsul və malların satışı, özgəsinin əmtəə nişanından, eləcə də saxta federal xüsusi və aksiz markalarından qanunsuz istifadə maddələri ilə ittiham olunur.

1202