BAKI, 31 iyul — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Koreya yarımadasındakı gərginliyin azaldılması üçün, ölkəsinin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib. Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, Ryabkov bu barədə ABC telekanalına danışıb.
Şimali Koreyanın son raket sınağını dəyərləndirən Ryabkov, "Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsi sülh yolu ilə həll edilməlidir. Hazırda Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonla bu istiqamətdə birgə işlər aparırıq" deyib.
"Vəziyyətin daha da pisləşməməsi üçün tərəflər təmkinli olmalı, sərt ifadələrdən çəkinməlidir" — Ryabkov əlavə edib.
BAKI, 27 fevral — Sputnik. Bu il Sankt-Peterburqdakı Mayakovski adına kitabxanada keçirilən "Oxuyan Peterburq" layihəsində iki azərbaycanlı yazıçı da iştirak edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, Elçin Hüseynbəylinin "On üçüncü həvari - 141-ci Don Juan" və Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanları layihəyə salınıb.
BAKI, 27 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 11534 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 439 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4234720-yə çatıb. Rusiyada pandemiya yayılandan 85743 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3799406-ya çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 28 fevral - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini, Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşurut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq etmiş və video-çəkiliş edərək sosial şəbəkələrdə paylaşıb.
Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus “VAZ 2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N. Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndəlib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.