RF Xarici İşlər nazirinin sabiq müavini Vasili Nebenzya

Rusiyanın BMT-dəki yeni nümayəndəsinin adı açıqlandı

16
BMT-də Rusiyanın 10 il daimi nümayəndəsi kimi çalışan Vitali Çurkin, 20 Fevralda 65 yaşında, ABŞ-dakı ofisində çalışarkən infarkt keçirərək dünyasını dəyişmişdi

BAKI, 27 iyul — Sputnik. Rusiyanin BMT-dəki yeni daimi təmsilçisinin adı bəlli olub. Sputnik Azərbaycan xəbər verir ki, bu, Xarici İşlər nazirinin sabiq müavini Vasili Nebenzyadır.

Təyinat Kremlin rəsmi saytında da yayımlanıb. 1962-ci il təvəllüdlü Nebenzya, Rusiya Xarici İşlər Nazirliyinə bağlı Moskva Beynəlxalq Əlaqələr Universitetindən (MGİMO) məzun olub.

Bundan əvvəl Nyu-York və Cenevrədə diplomat olaraq müxtəlif vəzifələrdə çalışan Nebenzya, 2013-ci ildən bu yana xarici işlər nazirinin müavini vəzifəsini icra edib.

BMT-də Rusiyanın 10 il daimi nümayəndəsi kimi çalışan Vitali Çurkin, 20 Fevralda 65 yaşında, ABŞ-dakı ofisində çalışarkən infarkt keçirərək dünyasını dəyişmişdi.

16
Soyuz MS-16 idarəolunan kosmik gəmisinin eniş aparatı

Xilasedicilər yerə enən Soyuz MS-16-nın heyətini enmə aparatından çıxarıblar

34
(Yenilənib 16:53 22.10.2020)
Hazırda Beynəlxalq Kosmik Stansiyada rus kosmonavtlardan Sergey Rıjikov, Sergey Kud-Sverçkov və amerikalı Ketlin Rubins qalıb. K.Kessidi yerə enməmişdən bir müddət əvvəl stansiyanın komandanlığını rus kosmonavtı S.Rıjikova verib.

BAKI, 22 oktyabr — Sputnik. Rusiyaya məxsus Soyuz MS-16 idarəolunan kosmik gəmisi yerə enmədən əvvəl Beynəlxalq Kosmik Stansiyadan (BKS) kənarlaşdırılıb.

Xilasedicilər BKS-dən qayıdan rus kosmonavtları Anatoli İvanişin, İvan Vaqner və NASA kosmonavtı amerikalı Kriss Kessidi hava gəmisinin xüsusi enmə aparatından çıxarıblar. Yayımı "Roskosmos" həyata keçirib.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hava gəmisi Moskva vaxtı ilə gecə saat 02:32-də stansiyadan ayrılıb. Gəminin hərəkət sistemi 05:01-də yavaşlamağa başlayıb və bundan sonra enmə aparatı orbitdən çıxıb. Qısa müddətdən sonra hava gəmisi bölmələrə ayrılıb və ekipaj təxminən 4 g səviyyəsində artıq yüklənmə yaşayıb.

Hazırda BKS-də rus kosmonavtlardan Sergey Rıjikov, Sergey Kud-Sverçkov və amerikalı Ketlin Rubins qalıb. K.Kessidi yerə enməmişdən bir müddət əvvəl stansiyanın komandanlığını rus kosmonavtı S.Rıjikova verib.

Qeyd edək ki, ekipaj BKS-də 196 günlük ekspedisiya zamanı Rusiyaya məxsus iki "Proqres" yük hava gəmisi, Yaponiyanın HTV-9 və Amerikanın "Cygnus" kosmik gəmilərini qəbul edib.

2011-ci ildən bəri ilk dəfə İlon Maskın "SpaceX" şirkətinə məxsus "Crew Dragon" adlı Amerika gəmisinin heyəti stansiyada olub. Amerikalılar tərəfindən dörd dəfə açıq fəzaya uçuş həyata keçirilib və BKS iki dəfə kosmik tullantı ilə toqquşma təhlükəsindən yayınıb.

Uçuş zamanı BKS atmosferində benzol konsentrasiyasının artımı və stansiyanın Amerika seqmenti xaricində ammonyak sızması qeydə alınıb. Rusiyanın "Zvezda" modulunun gövdəsində isə kiçik çat aşkar edilib ki, bu da hava sızıntısına səbəb olub.

34
Moskvada insanlar, arxiv şəkli

Ruslar üçün milli prioritet nədir - SORĞU

21
Tədqiqatın nəticələrinə görə, əhalinin 81 faizi "istedadlı insanların özünüdərk və inkişafına imkan yaradılması", 60 faizi "rəqəmsal transformasiya", 59 faizi isə "uğurlu sahibkarlığı" ən vacib milli prioritet hesab edir.

BAKI, 22 oktyabr — Sputnik. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, rusların əskəriyyəti (92 faizi) əhalinin, ailələrin sağlamlığının və rifahının qorunmasını ölkə üçün ən vacib milli məsələ hesab edir. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ruslar üçün ikinci yerdə (87 faiz) - layiqli və səmərəli iş, üçüncü sırada isə (86 faiz) – yaşayış üçün rahat və təhlükəsiz mühit məsələsi dayanır.

Tədqiqatın nəticələrinə görə, əhalinin 81 faizi "istedadlı insanların özünüdərk və inkişafına imkan yaradılması", 60 faizi "rəqəmsal transformasiya", 59 faizi isə "uğurlu sahibkarlığı" ən vacib milli prioritet hesab edir.

Həmçinin, qeyd olunur ki, rusların "Səhiyyə"(85 faiz), "Təhsil" (80 faiz), "Demoqrafiya" (74 faiz) kimi milli layihələrlə bağlı məlumatlandırılması daha yüksək səviyyədədir. Bu siyahını 66 faizlə "Rəqəmsal iqtisadiyyat", 63 faizlə "Təhlükəsiz və keyfiyyətli yol infrastrukturu", 56 faizlə isə "Beynəlxalq əməkdaşlıq və ixrac" tamamlayır.

Qeyd edək ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi sentyabrın 12-dən 18-ə kimi 1,6 min insan arasında (18 yaşdan yuxarı) "Milli prioritetlər" mövzusunda telefon vasitəsi ilə sorğu keçirib. Sorğu nəticələrində yanılma payı 2,5 faizdən çox deyil.

21

Azərbaycanın İranla sərhədindəki Ağbənddə bayrağımız dalğalanır - VİDEO

0
Dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

BAKI, 22 oktyabr - Sputnik. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında məlumat verərək, bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edib.

Həmçinin dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

​Qeyd edək ki, bu gün müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə