Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Krasnoyarskda azərbaycanlı biznesmeni oğurlayıblar

CC BY 2.0 / Seabamirum / BusinessmanБизнесмен, фото из архива
Бизнесмен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Quldurları polisin bir sıra əməkdaşları da dəstəkləyir

BAKI, 26 iyul — Sputnik. Azərbaycanlı sahibkar Şixəliyev Akif Əli oğlunu Krasnoyarskda oğurlayıblar.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan diasporundakı adının çəkilməsini istəməyən mənbə məlumat verib.

İyulun 22 Krasnoyarskın "Luç" meyvə-tərəvəz bazarının və "Leyli və Məcnun" restoranının sahibi olan iş adamı Şıxəliyev Range Rover markalı avtomobili ilə hərəkət edərkən maska və kamuflyaj geyinmiş silahlı şəxslər onun yolunu kəsiblər. Onu öz maşınlarının arxa oturacağına qoyub naməlum istiqamətə aparıblar.

Şıxəliyevi döyüblər və bir müddət keçəndən sonra onu huşsuz vəziyyətdə körpünün altına atıblar. Quldurlar biznesmendən iri məbləğdə pul tələb ediblər. Amma tələb olunan məbləğ hələlik məlum deyil. 

Вкладчики перед головным офисом Bank Standard в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlbir olub şirkət rəhbəri bank sədri ilə: müdhiş cinayətin tarixçəsi

Moskva Vəkillər Palatasının üzvü və Krasnoyarskın Azərbaycan diasporunun nümayəndəsi Ələkbər Qarayev biznesmenin oğurlanması ilə bağlı informasiyanı təsdiqləyib və bildirib ki, bu hadisə həmyerlilərimizi ciddi şəkildə özündən çıxarıb: "Şıxəliyev vilayətin ən məşhur və ləyaqətli insanlarından biridir. O, əvvəllər Krasnoyarsk Milli-mədəni Muxtariyyatının sədr müavini olub. Şıxəliyevin kriminallarla heç bir əlaqəsi olmayıb. O, vicdanlı və faydalı insandır, həmişə adamlara yardım əlini uzadıb, heç kəsin yoluna çıxmayıb. Biz istəyirk ki, obyektiv araşdırma aparılsın".

Qarayevin sözlərinə görə, biznesmenin oğurlanması ilə bağlı təhqiqat işi həm də Rusiya Daxili İşlər Nazirliyinin İstintaq Komitəsinin nəzarətindədir. Bir gündən sonra Qarayev Rusiya DİN-in rəhbərliyi ilə görüşməyi planlaşdırır. Görüşdə məqsəd Krasnoyarskda cinayətkarlığın artımını müzakirə etməkdir.

"Biz Şıxəliyevin oğurlanmasını kimin sifariş etdiyini bilmirik. Amma bu adamlar OMON-un formasını geyiniblərmiş. Ola bilsin, quldurlar hüquq-mühafizə orqanları ilə əlaqəli olublar. Amma bu hələ ki, yalnız versiyadır. Krasnoyarskdakı kriminogen vəziyyət pisləşməkdədir. Martın 8-də orada cinayətkar qruplaşmanın üzvü olan Ramil Bayramov qətlə yetirilib. Kriminalın çiçəklənməsi azərbaycanlıları narahat edir. Quldurları polisin bir sıra əməkdaşları da dəstəkləyir. Utanverici haldır ki, azərbaycanlılar əsasən özümüzünkülərə qarşı cinayət törədirlər. Belə adamlarla milliyyətindən asılı olmayaraq, hüquq-mühafizə orqanları məşğul olmalıdır. Cinayətkarlar cəzalandırılmalıdır" — deyə vəkil bildirib. 

Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı hay-küylü qətlin üstü açıldı

Onun sözlərinə görə, hələlik Şıxəliyevin işi üzrə saxlanılan yoxdur. Ehtimal var ki, qruplaşma üzvlərindən ikisi qafqazlı, ikisi isə slavyandır.

Bununla belə, Azərbaycan diasporunun nümayəndələri ehtimal edirlər ki, Şıxəliyevin oğurlanmasında həmvətənlərimiz də iştirak edib. Onlar deyiblər ki, Şıxaliyev vaxtilə azərbaycanlı biznesmenlərə də pul yardımı edib. Onun borcunu qaytarmayanlardan isə Şıxaləyev əvəz olaraq onların obyektlərini alıb. Ola bilsin, bu adamlardan kimsə bu yolla Şıxəliyevdən intiqam alıb.

Qeyd edək ki, Krasnoyarskda bazarlar uğrunda mübarizə gedir. Azərbaycanlılar bu şəhərdə Şəmkir rayon sakininin qətlə yetirildiyini xatırlayırlar. 2009-cu ildə bağ evlərinin yerləşdiyi rayonda killerlər biznesmen Rafiq Məmmədovu pusquya salmışdılar. Onlar Məmmədovun Volkswagen Touareg markalı avtomobilini və onu müşayiət edən VAZ-2109 markalı maşını avtomat və tapabçalarla atəşə tutaraq qaçıb gizlənmişdilər. Bu hücum nəticəsində Məmmədov və onun 29 və 39 yaşlı köməkçiləri ölmüşdü, 3 adamı isə xilas ola bilmişdi.

Bu qətlin iki iştirakçısı saxlanılsa da, sifarişçisi indiyə qədər tutulmayıb. Yalnız o məlumdur ki, Məmmədovun müəyyən qədər borcu olub və bu da münaqişənin yaranmasına gətirib çıxarıb.

Rafiq Məmmədov Krasnoyarskda 90-cı illərin sonlarından məşhurdur. İki rəqabət aparan qruplaşma — Məmmədovun və Oqtay Əhmədovun adamları — diyarın mərkəzindəki bazarlara nəzarət uğrunda mübarizə aparıblar. İçində hər iki klanın adamları olan avtomobillər atəşə tutulub və diyarın paytaxtının mərkəzi küçələrində partladılıb. Məmmədovun altı qardaşından biri öldürülüb, ikisi yaralanıb.

Buna qədər isə avtomatla Əhmədovun özünə də atəş açıblar. Bu, 2003-cü ildə, ağır cinayətlərdə günahlandırılan Məmmədovun və onun köməkçilərinin işi ilə bağlı məhkəməyəqədərki dinləmələrdən iki gün əvvəl baş verib. Burada Əhmədov şahid qismində iştirak edirdi. 

Praqa şəhəri - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanlı biznesmenin müəmmalı qətli

2004-cü ildə vilayət məhkəməsi Rafiq Məmmədova bəraət verib. 2007-ci ildə o, DİN-in Baş İdarəsi və prokurorluqla əməkdaşlıq edərək özünün ortadan qaldırılması prosesinin səhnələşdirilməsində iştirak etmişdi ki, hüquq-mühafizə orqanlarına daha bir neçə qulduru saxlamağa kömək etsin. 2009-cu ildə, biznesmenin qətlindən bir neçə gün əvvəl Krasnoyarskın Sovet rayonunun məhkəməsinə Məmmədovun qətlinə hazırlıq faktı ilə bağlı cinayət işi göndərilmişdi.

Mənbələr qeyd edirlər ki, hazırda Krasnoyarskda 60 minə qədər azərbaycanlı yaşayır. Ümumilikdə, Krasnoyarsk diyarında 100 mindən artıq həmvətənimiz yaşamaqdadır.

Xəbər lenti
0