Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadakı azərbaycanlı məhkumların sayı açıqlandı

CC0 / ErikaWittlieb / PrisonКолючая проволока, фото из архива
Колючая проволока, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir

BAKI, 25 iyul — Sputnik. Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir. APA-nın "russian.rt.com"-a istinadən verdiyi məlumata görə, bunlardan 90 faizi ağır və çox ağır cinayətlər törətmiş şəxslərdir.

Rusiya Cəzaların İcrası Federal Xidmətinin məlumatına görə, əcnəbi məhbuslar arasında 12 ABŞ və Avropa İttifaqı ölkələrinin 97 vətəndaşı var. MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır — 8002 nəfər. İkinci yerdə Özbəkistan (6362), üçüncü yerdə Ukrayna (4761) gəlir.

Rusiya həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı isə 2350 nəfərdir (MDB ölkələri arasında 4-cü). Ümumilikdə isə Rusiya həbsxanalarında 618 490 nəfər cəza çəkir. Bunlardan 48 385-i qadın, 1594-ü azyaşlıdır.

Xəbər lenti
0