Rusyanın Ankaradakı səfiri Aleksey Yerxov

Rusiya səfirinə Türkiyədə xüsusi icazə verildi

1651
(Yenilənib 20:43 15.07.2017)
Yeni Rusiya səfiri Türkiyədə fəaliyyətə başladı

BAKI, 15 iyul — Sputnik. Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankarada işə başlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə səfirliyin mətbuat müşaviri Aleksandr Leşukov məlumat verib.

Səfiri Türkiyə hava limanında Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Departamentinin direktoru Şevki Mütevellioğıu qarşılayıb. Etimadnamənin surəti səfirə iyulun 17-də təqdim ediləcək.

Xatırladaq ki, bu gün Yerxov parlamentin 15 iyul çevriliş cəhdinə həsr edilmiş xüsusi iclasında da iştirak edəcək. Bu toplantıya səfiri parlamentin sədri İbrahim Qəhrəman, prezident Rəcəb Tayib Ərdoğanın xüsusi razılığı ilə dəvət edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Yerxovu iyun ayında Türkiyəyə yeni səfir təyin edib. Yerxov daha əvvəl Misir səfirliyində və İstanbulda konsul vəzifələrində çalışıb.

1651
Teqlər:
Aleksey Yerxov, Xarici İşlər Nazirliyi, Rusiya, Türkiyə, səfir
Əlaqədar
Səfir: “Türk xalqı cümhuriyyətinə xainlik edənləri cəzalandırdı”
Rusiyanın yeni səfiri ilk görəcəyi işi açıqladı
Səfir: “15 iyul Türkiyə tarixinin dönüş nöqtəsidir”
Putin Türkiyəyə yeni səfir təyin edib
Laboratoriya işçiləri, arxiv şəkli

Rus alimlərindən koronavirus peyvəndi istehsal edən "AstraZeneca"ya qəribə təklif

25
(Yenilənib 22:21 27.11.2020)
Bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb

BAKI, 27 noyabr — Sputnik. Dünyada koronavirus xəstələrinin sayı artdıqca bu azara yoluxmanın qarşısını almağa kömək edən peyvənd istehsalı sahəsində rəqabət də qızışır. Bu günlərdə Böyük Britaniyanın "AstraZeneca" ("Oxford") peyvəndinin təhlükəsizliyi ilə bağlı problem olduğu üzə çıxdı. Şirkətin rəhbərliyi peyvəndin dozası ilə bağlı yanlışlığa yol verildiyini etiraf edərək bu səhvin aradan qaldırılması üçün kliniki tədqiqatları davam etdirəcəklərini bildirdi.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, koronavirus üzərində 95 faiz təsirli olan "Sputnik-V" peyvəndinin sahibi Rusiya "AstraZeneca"ya vaksinləri qarışdırmağı təklif edib. "Sputnik-V" peyvəndinin yaradıcıları sosial media vasitəsilə "AstraZeneca" alimlərinə müraciət edərək "Yeni kliniki tədqiqatlar zamanı peyvəndinizin təsirini artırmaq istəyirsinizsə, onu rus vaksini ilə qarışdırın. Hər iki ölkədə adenoviral vektor peyvəndi hazırlanır, bu vaksinlərin qarışdırılması daha güclü nəticə əldə etməyə imkan verər", - deyə bildiriblər.

Qeyd edək ki, bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb. Həmin nəticələrə görə, nəzərdə tutulduğu kimi, peyvəndin ayrı-ayrılıqda iki dozasının tətbiq olunduğu 18 min 794 pasiyentdə 28-ci gün 91,4, 42-ci gün isə 95 faiz təsirli olduğu üzə çıxıb.

"AstraZeneca" ("Oxford") şirkəti isə istehsal etdiyi peyvəndin sadəcə 70 faiz təsirli olduğunu etiraf edib. Əslində isə klinik tədqiqatlarına yarısı İngiltərədən, yarısı isə Braziliyadan olmaqla 20 mindən çox könüllünün qatıldığı "Oxford" peyvəndinin ən yüksək dozada belə cəmi 62 faiz təsirli olduğu üzə çıxıb. Bundan başqa, "AstraZeneca" İngiltərədəki 3 minə yaxın könüllüyə səhvən yarım doza peyvəndin tətbiq olunduğunu etiraf edib.

Daha bir koronavirus peyvəndi olan BioNTech şirkətinin "Pfizer" peyvəndini isə mənfi 70 dərəcə temperaturda saxlamaq tələb olunduğundan bu vaksin bir o qədər də əlverişli hesab edilmir.

 

25
Teqlər:
alimlər, təklif, AstraZeneca, Sputnik-V peyvəndi, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada köşklərdə Hitlerin şəkli olan poçt markaları satılıb

8
(Yenilənib 19:38 27.11.2020)
KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb. Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

BAKI, 27 noyabr — Sputnik. Rusiyanın Oryol şəhərində köşklərdə üzərində Adolf Hitlerin fotosu olan poçt markaları satılır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, artıq Rusiya istintaq orqanları Oryol şəhərində köşklərdə Adolf Hitlerin şəkli olan poçt markalarının satılması faktı ilə bağlı araşdırma aparmağa başlayıb.

"Mətbuatda yer alan məlumatlara görə, Oryol şəhərindəki qəzet köşklərində nasist Almaniyası liderinin şəkli olan poçt markalarının satışına dair istintaq öncəsi yoxlama başladılıb. Hal-hazırda bu məhsulların satışı dayandırılıb", - deyə bildirilir.

Qeyd edilib ki, istintaq öncəsi yoxlamanın nəticələrinə əsasən prosessual qərar veriləcək.

KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb.

Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

 

8
Teqlər:
Rusiya, satış, poçt markası, Adolf Hitler
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi