Angela Merkel

Merkel Tramp Putinlə eyni masaya oturmaqdan imtina etdi

584
(Yenilənib 12:25 07.07.2017)
Almaniya liderindən ABŞ və Rusiya prezidentləri ilə bağlı gözlənilməz qərar

BAKI, 7 iyul — Sputnik. Bu gün Almaniyanın Hamburq şəhərində "Böyük İyirmilik" (G20) sammiti öz işinə başlayır. Diqqətlər isə daha çox Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşünə yönəlib.

Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, ev sahibi Almaniyanın kansleri Angela Merkel, Amerika və Rusiya prezidentlərinin görüşündə vasitəçi qismində iştirak etməyəcəyini bildirib. Merkel nəyə görə bu addımı atmasını da izah edib.

"Tramp-Putin görüşündə əsas müzakirə mövzularından biri Ukraynadakı böhrandır. Görüşdə, ABŞ və Rusiya prezidentlərinin şəxsi yanaşmaları masaya yatırılacaq. Ancaq bizim özümüzün konkret mövqeyimiz var. Bu məsələdə biz Normand formatında çalışırıq. Mən vəzifəmi vasitəçilikdə görmürəm, problemin həllinə töhfə verməyə çalışıram" — Merkel qeyd edib.

584
Teqlər:
"Böyük İyirmilik", Hamburq şəhəri, Donald Tramp, Angela Merkel, G20, Vladimir Putin, sammit, Almaniya
Əlaqədar
ABŞ və Polşadan Rusiyaya qarşı böyük təxribat
ABŞ-ın növbəti sanksiyalarına Rusiya necə cavab verməyə hazırlaşır
ABŞ və Rusiya prezidentləri görüşəcəklər
Rusiyadan ABŞ-a son xəbərdarlıq
ABŞ Rusiyanı bu yolla məhv edəcək
Hüseyn Həsənov, arxiv şəkli

Bloger Hüseyn Həsənov yeni şousunu gizli saxlayır - deyirlər, qız axtaracaq

226
(Yenilənib 00:26 26.09.2020)
Məşhur şounun tamaşaçıları əmindirlər ki, verilişin növbəti “Subay”ı populyar bloger Hüseyn Həsənov olacaq.

BAKI, 26 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın məşhur Azərbaycan əsilli blogeri Hüseyn Həsənov “Subay” ("Холостяк") realiti-şousunun növbəti qəhrəmanı ola biləcəyinə eyham vurub.

Sputnik Azərbaycan bildirir ki, sosial şəbəkədəki heasabında bloger televiziya şousunda iştirak edəcəyi barədə videoçarx paylaşıb. O, proqramın adını çəkməsə də “Subay” şousunun diqqətli izləyiciləri bu çarxın məhz həmin verilişin reklamını xatırlatdığını deyiblər.   

Qeyd edək ki, sentyabrın əvvəlində ТНТ telekanalı “Subay” şousunun səkkizinci mövsümü üçün kastinq elan etmişdi.

Посмотреть эту публикацию в Instagram

🤫🌹 лайкну всех, кто НЕ угадает, что за шоу 👇🏾

Публикация от ГУСЕЙН ГАСАНОВ (@gusein.gasanov)

“Subay” – romantik realiti-şoudur. 25 iştirakçı qızla yaxından tanış olmaq üçün əsas qəhrəman onlara görüş təyin edir. Layihənin qaydalarına görə, hər epizoddan sonra qızların sayı azalır – Qızılgül mərasimində Subay məhz tanışlığı davam etdirmək istədiyi qızlara gül verir. Finalda bir neçə qız qalır, əvvəlcə Subay onların valideynləri ilə, onlar isə Subayın valideynləri ilə görüşürlər. Son epizodda Subay yalnız bir qızı seçərək fikrinin ciddi olduğunu bildirmək üçün üzük hədiyyə edə bilər.

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub, böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir. Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 14.4 milyon izləyicisi var.

226
Teqlər:
Instagram, televiziya, Холостяк realiti-şousu, Rusiya, Hüseyn Həsənov, bloger
Əlaqədar
Məşhur rusiyalı bloger azərbaycanlı vəkili niyə məhkəməyə verib?
Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Bir dəfə görmək daha yaxşıdır: qırğız bloger Azərbaycanı ziyarət etmək istəyir
Hüseyn Həsənov yeni avtomobilinə külli miqdarda pul xərcləyib
Moskva meri Sergey Sobyanin, arxiv şəkli

Moskva meri distant rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq

551
(Yenilənib 11:53 25.09.2020)
Sobyanin iş yerlərində sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsini təmin etməyi tapşırıb.

BAKI, 25 sentyabr — Sputnik. Moskva meri Sergey Sobyanin koronavirusun yayılması təhlükəsi fonunda işəgötürənlərə mümkün qədər çox əməkdaşı distant iş rejimə keçirməyi tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, Sobyaninin çağırışı onun şəxsi saytında dərc olunub.

Sobyanin həmçinin dezinfeksiya, fərdi mühafizə vasitələrinin istifadəsi, sosial məsafə, temperaturun ölçülməsi və COVID-19 testləri də daxil olmaqla, iş yerlərində sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsini təmin etməyi tapşırıb.

Bundan əlavə, mer sentyabrın 28-dən etibarən yaşlı və xroniki xəstəlikləri olan insanlardan distant iş formatına keçməyi və ya tətil götürməyi xahiş edib.

Sobyanin bildirib ki, Moskvada "koronavirus hallarının sayı əhəmiyyətli dərəcədə artıb" və soyuqların yaxınlaşması ilə soyuqdəymə xəstəliklərinin artması müşahidə olunacaq. O, bütün moskvalıları nəqliyyatda, mağazalarda və digər ictimai yerlərdə maska və əlcək rejimlərinə riayət etməyə çağırıb.

551
Teqlər:
epidemiya, Koronavirus, COVID-19, moskva meri, Moskva, Sergey Sobyanin
Şərab çəlləkləri, arxiv şəkli

Şərab sisterni partladı, hər yan al rəngə boyandı

0
(Yenilənib 14:46 26.09.2020)
Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

BAKI, 26 sentyabr — Sputnik. İspaniyada şərab sisterninin partlaması hər tərəfi qırmızı rəngə boyayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Villamalea vilayətində baş verib. Belə ki, şərab istehsalı zavodunda çaxırla dolu sisternin partlaması ilə 50 min litr qırmızı şərab ətarfa yayılıb.

Qeyd edək ki, hadisə İspaniyanın"Bodegas Vitivinos" adlı şərab evində baş verib. Bildirilib ki, ətrafa yayılan şərab bu il ərzində toplanan məhsul olub. Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

0