Заместитель главного редактора - директор объединенной дирекции мультимедийных центров информационного агентства и радио Sputnik Андрей Благодыренко

"Rossiya seqodnya"nın top-menecerləri nüfuzlu mükafata layiq görülüblər

223
(Yenilənib 00:53 07.07.2017)
Andrey Blaqodırenko və Aleksandr Ştol mediabiznes sahəsində mükafatın sahibi olublar

BAKI, 6 iyul — Sputnik. Moskvada XVII milli "Rusiyanın media meneceri" mükafatları sahiblərinə təqdim olunub. Bu barədə RİA Novosti məlumat verir.

Təşkilatçıların məlumatına görə, sözügedən mükafat müasir mediabiznes sahəsində ən nüfuzlu və peşəkar mükafatlardan sayılır. 2017-ci ildə müxtəlif şirkətlərin 90-dan artıq ən yaxşı top-menecerləri mükafatlandırılıblar. 4 turda keçirilən səsvermə zamanı nominantları ictimai təşkilatların nümayəndələri, ekspert şurasının, münsiflər heyətinin və mükafatın hamilər şurasının üzvləri qiymətləndiriblər. 

Müsabiqənin yekunlarına əsasən, "Rossiya seqodnya" BİA-nın baş direktorunun müavini Andrey Blaqodırenko Rusiyadan kənarda rusdilli KİV-in inkişafında misilsiz xidmətlərə görə mükafat alıb, agentliyin fotoxidmətinin rəhbəri Aleksandr Ştol isə fotojuranlistikada yeni trendlərin yaradılmasına görə mükafatlandırılaraq informasiya agentlikləri arasında "ən yaxşı" adını qazanıb.

"Peşəkarların bizim yaxın xaric və Baltika ölkələrindəki uğurlarımızı görməsi və qiymətləndirməsi çox xoşdur. Bizim layihənin başlamasından keçən iki il yarım müddət ərzində 10 multimedia redaksiya mərkəzi öz işinə başlayıb. Onlar hər gün öz dillərində və rus dilində xəbərlər buraxırlar. Bu qısa müddət ərzində Sputnik MDB və Baltikanın 11 ölkəsində onlayn-media sahəsidə liderlər sırasına çıxıb" — deyə Andrey Blaqodırenko bildirib.

Aleksandr Ştol da mükafata görə təşəkkürünü bildirib: "Mənim üçün bu mükafat çox əhəmiyyətlidir. Çünki müxtəlif dövrlərdə Rusiyanın nüfuzlu media ekspertləri və aparıcı KİV-in rəhbərləri bu mükafata sahib olublar".

"Rossiya seqodnya" BİA-ya RİA Novosti, R-Sport, RİA Nedvijimost, RİA Reytinq, Praym, İnoSMİ daxildir.

223
Teqlər:
"Rusiyanın media meneceri" mükafatı, "Rossiya seqodnya" BİA, MDB, Aleksandr Ştol, Andrey Blaqodırenko, Rusiya
Əlaqədar
Sputnik Azərbaycan NETTY Milli internet mükafatının qalibi oldu
ABŞ-ı ayağa qaldıran qardaşlar baş verənləri Sputnik Azərbaycan-a danışdılar
Sergey Lavrov Sputnik-i müdafiə etdi
Sputnik Azərbaycan: İki yaşımız tamam oldu
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

9
(Yenilənib 13:26 25.10.2020)
Ən çox gündəlik yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər. Son sutka ərzində ölkə üzrə 229 nəfərin koronavirusdan öldüyü bildirilib.

BAKI, 5 oktyabr - Sputnik. Rusiyada son sutka ərzində 84 bölgədə daha 16 710 nəfər COVID-19-a yoluxub. Onlardan 4 456 nəfərdə heç bir koronavirus simptomu yoxdur.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata əsasən, bununla Rusiyada koronavirusa yoluxanların sayı 1 513 877 nəfərə çatıb.

Ən çox koronavirusa yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər.

Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.

9
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

48
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

48
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

0
(Yenilənib 19:19 25.10.2020)
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

0